Hal-hazırda Ayna qəzetinin 03.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Türkiyə İsraillə sərt rəftar etdi
Türkiyə İsraillə sərt rəftar etdi
Əhməd Davudoğlu: \"İsrailin öz cəzasını çəkməsinin vaxtı çatıb\"
Şənbə, 03.09.2011


İLKİN
mətn ölçüsü  

Türkiyə-İsrail münasibətlərində növbəti gərginlik yaranıb. Xəbərə görə, İsrailin Qəzzaya yardım daşıyan "Mavi Mərmərə" gəmisinə hücumu ilə bağlı BMT çərçivəsində aparılan araşdırma başa çatıb. Araşdırmanın nəticələri hələ rəsmən açıqlanmasa da, ABŞ mətbuatında dərc edilib. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu dünən araşdırmanın nəticələri ilə bağlı sərt açıqlama verib və Türkiyə hökumətinin qəbul etdiyi yeni qərarları elan edib. Davudoğlu Türkiyə ilə İsrail arasında hərbi sahədəki bütün anlaşmaların icrasının təxirə salındığını və İsraillə diplomatik əlaqələrin səviyyəsini 2-ci dərəcəyə endirdiklərini bildirib.

Nazir İsrailin "Mavi Mərmərə" gəmisinə beynəlxalq sularda hücum etdiyini, bu hücum nəticəsində Qəzzadakı məsum insanlara yardım aparan mülki şəxslərin qətlə yetirildiyini söyləyib:

"Müharibə dövründə belə dinc insanlara zərər vermək qadağandır və bu, bəşəriyyətə qarşı cinayət sayılır. İsrail müharibə dövründə deyil, sülh dövründə mülki şəxsləri öldürüb və cəzasını almalıdır. Türkiyə bu cinayətin cəzasız qalmamasını tələb etmişdi. Biz İsraillə 4 dəfə danışıqlar apardıq, amma təəssüf ki, onlar öz aralarında razılığa gələ bilmədilər. Dünən mətbuata sızdırılan BMT raportunda İsrail əsgərlərinin və digər səlahiyyətli şəxslərin törətdiyi cinayət əks olunub. İsrailin bunun cəzasını çəkməsinin vaxtı çatıb. Bu cəza da İsrailin Türkiyənin dostluğundan məhrum edilməsidir".

İsraillə münasibətlərə dair qərarlar bunlardır:

1. Türkiyə-İsrail diplomatik münasibətləri ikinci dərəcəyə endiriləcək. Səfir başda olmaqla 2-ci katib vəzifəsindən yüksək vəzifələrdə çalışan bütün İsrail diplomatları çərşənbə gününə qədər Türkiyəni tərk edəcək.

2. İsraillə bütün hərbi anlaşmaların icrası dayandırılıb.

3. Şərqi Aralıq dənizində ən uzun sahilə malik ölkə olaraq Türkiyə Şərqi Aralıq dənizində hərəkət sərbəstliyi ilə bağlı vacib saydığı hər cür addımı atacaq.

4. Türkiyə Qəzzaya İsrail tərəfindən tətbiq olunan embarqonu tanımır. İsrail blokadanı ləğv etməlidir. Türkiyə bu məsələni beynəlxalq səviyyədə qaldırmaqda qərarlıdır.

Məsələyə münasibət bildirən Türkiyə ana müxalifətindəki Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, millət vəkili Faruk Loğoğlu deyib ki, Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi İsraillə münasibəti olan bölgə ölkələrinə də təsir göstərəcək.

"Necə təsir göstərəcək?" - sualına Türkiyə XİN icra aparatının keçmiş rəhbəri, Türkiyənin keçmiş Bakı səfiri belə cavab verib:

"Hökumətin bu addımlarının bölgə ölkələri, konkret olaraq Azərbaycanla münasibətlərə nə şəkildə təsir göstərəcəyi hökumətlərin qarşılıqlı addımlarından asılıdır. Ancaq Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi həm iki ölkə arasındakı münasibətlərə, həm də İsrail ilə münasibəti olan ölkələrin hamısına təsir göstərəcək. Bu təsirin necə olacağı isə hər ölkənin özünün tutacağı mövqeyə bağlı olacaq".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İsrailə təyyarə reysləri ləğv edilə bilər

Türkiyə səfirliyi qarşısında aksiya

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər

Cəmil Həsənlinin monoqrafiyası ABŞ-da nəşr olunub

Bölmənin digər xəbərləri
 
Baş verənlər bunlara dərs olmadımı?
Deyəsən yox

İranda müalicə olunmaq - etibarsızlıq əlamətidir
Aşqabad özünü xarici təsirlərdən qorumaq istəyir

Siqaret çəkən qadınların sayı artır
Küçədə, avtomobildə bu adi hal alıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər