Hal-hazırda Ayna qəzetinin 03.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Qədim alətlər, at çapmaq, Kərkük mahnıları...
Qədim alətlər, at çapmaq, Kərkük mahnıları...
Nuriyyə Hüseynova üçün hər işin öz texnologiyası var
Şənbə, 03.09.2011

Şəms mətn ölçüsü  

Bu yaxınlarda filarmoniyada konsert proqramı ilə çıxış edən Qədim Xalq Çalğı Alətləri Ansamblının solisti, əməkdar artist Nuriyyə Hüseynova bu layihəyə 3 il öncədən hazırlaşdığını deyir. Çalışdığı Bülbül adına orta ixtisas musiqi məktəbinin kollektivinə, məktəbin direktoruna bu uğura görə minnətdarlıq bildirən xanəndə deyir:

- Müəyyən müğənnilərin ifasında kamera Orkestri ilə milli alətlərin konserti çox olub. Burada məqsəd o idi ki, 7 əsas klassik muğamını bir araya gətirək. Muğamların birindən digərinə keçid və bu keçidlərin arasında təsniflər, xalq mahnıları, korifey bəstəkarların simfonik əsərləri, milli ruhda yazılan əsərlərdən ibarət kompozisiya hazırlamışdıq. Mənim üçün tamaşaçı fikri əsasdırsa, musiqiçilərin, nəzəriyyəçilərin fikri daha önəmli idi. Və orda bizim musiqişünasların fikri bu oldu ki, Azərbaycanda çox konsert olub, çox çıxış olub, amma bu səpkidə ilk dəfədir. Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələri də bunun öhdəsindən çox yaxşı gəldilər. Mən oxumaqdan yox, həyəcandan yoruldum o konsertdə. Çünki tələbələrim azyaşlı idi, çaşa bilərdilər, ritmi tuta bilməzdilər. Orda mənim iki, Əlibaba Məmmədov, Arif Babayev, Qəzənfər Abbasov, Firuz Səxavət və Sahib İbrahimovun hər birinin bir tələbəsi çıxış etdi.

- Yetirmələrinizi səhnəyə çıxarmaqla onları səhnəyə hazırlayırsınız?

- Yaxşı musiqiçi olmaq, yüksək səviyyədə, dünya arenasına çıxacaq musiqiçi yetişdirmək üçün səslə bərabər, mədəniyyət, həyata baxış, ətraf mühitə münasibət çox böyük şərtdir. Bülbül adına musiqi məktəbində məqsəd bu şagirdləri məhz sivil formada yetişdirməkdir. Mən onları ilk dəfə olaraq səhnəyə çıxardım, onların yaşı çox azdır. Mən hətta konsertdə Arif Babayevə dedim ki, əgər bunların bir qüsuru olsa, yaşlarını nəzərə alın. Yəni 3-4-5-6-cı sinif şagirdləri ilə dəsgah muğamlar işləmək, ayrı-ayrı şöbələri izah etmək çətindir.

- Qədim Musiqi Alətləri Ansamblında, adından da göründüyü kimi, musiqilər yalnız qədim alətlərdə ifa edilir. Bunda özünəməxsusluq nədir?

- İfamla, yaradıcılığımla yaxından tanış olanlar deyir ki, məni tanımaq olmur.

REKLAM

Birdən-birə dönüb bir başqa oluram. Hərdən türk mahnısı oxuyuram tamam başqa bir ifa, başqa bir səslə, qədim alətlərdə mahnılar ifa edirəm səs dəyişir, olur tamam başqa, ya da orkestrlə ifa zamanı yenə səsdə tamam başqa bir avaz olur. Mən qədimlik, köhnəlik, milliliyi sevən bir insanam. Çünki vətənimə, torpağıma bağlıyam. Və ən böyük müasirlik odur ki, insan köhnəliyi bərpa edir və köhnəliyi yeniləşdirir, onu qoruyub saxlaya bilir. Həmişə buna çalışmışam. Qədim alətlər ansamblı tamam başqa bir aləmdir. Orda əsrlərdən gələn səslər var, bu səslər uzun illərdən bəri unudulan alətlərin ifasında səslənir.

- Həm xanəndə, həm də pedaqoq... Bu iki sahədə paralel addımlamaq çətin deyil ki?

- Yaşıdlarım içərisində ən birinci pedaqoji fəaliyyətə başlayan olmuşam. Sənət dostlarımın xətrinə dəyməsin, bir növ xanəndənin müəllimlik etməsini mən dəbə salmışam. Çünki 1992-ci ildə Dövlət Konservatoriyasını bitirən kimi Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllimlik fəaliyyətinə başladım. O vaxt mənim 21-22 yaşım var idi. Hətta yaşlı nəsildən müəllimlir vardı, deyirdilər ki, uşaqdır, bu nə anlayır muğam nədir?! Amma mən çox istəyirdim və deyirdim "bilmirəm, sizdən öyrənəcəm".

Təcrübə əsas şərtdir. İnsan işləyə-işləyə, görə-görə götürür, öyrənir. Mən 1995-ci ildə Asəf Zeynallıdan Bülbül adına orta ixtisas musiqi məktəbinə müəllim gəldim, o vaxt Əlibaba Məmmədov orada işləyirdi və fikirlərini söyləyirdi, imtahanlarda irad tuturdu. Bu mənim üçün çox sağlam bir tənqid idi. Yəni sağlam tənqiddən nəticə çıxardım. Amma deyə bilmərəm əsasən müəllim kimi məşhuram, yoxsa xanəndə kimi. Bunların ikisi da paralel yürüyür. Müəllimliyim bir xanəndə kimi səhnədə formalaşmağıma çox kömək edib. Çünki müəllimlik oxuduğun şeirləri təkrarlamaq, bilgi əldə etmək, yeniləmək, yeni bir şeylər öyrənməkdir.

- "Cavad xan" filmində xanın həyat yoldaşı Şüküfə xanım rolunda çəkilmisiniz. Peşəkar aktrisanın oynayacağı filmdə necə oldu siz çəkildiniz?

- Aktrisa olmaq, rola girmək, dəyişib başqa cür olmaq bir az xarakterimə uymayan bir şeydir. Rövşən müəllimdən oynamaq təklifi alanda tərəddüd etdim. Görüntüm obraza uysa da, oynaya biləcəyimi zənn etmirdim. Rejissor söylədi ki, elə onlara rola girmək yox, sadəcə özüm olmaq, öz ailəmdə, öz uşaqlarımla, həyat yoldaşımla necə davranıramsa, elə də filmdə özümü göstərməliyəm.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Kipr məsələsi: konfederasiya deyil, federasiya

Bölmənin digər xəbərləri
 
"Yaxşı Cazibə"nin heyəti danışdı
Bakıda olan kollektiv mətbuatla görüşüb

"25 ildir mikrofonla çalışıram"
Rəhim Rəhimli adamları doğru olmağa səslədi

Safura Əlizadə sirrini kiminlə bölüşür?
Yaxın sirdaşının adını çəkdi

Sevda Yəhyayeva təklənib
Müğənni dost bildiyi həmkarlarından danışdı

Seyran NEXT-i tərk etdi
Qrup fəaliyyətini davam etdirəcəkmi?

Onu türk xalqlarının etnomusiqisi cəlb edir
Bu işdə Tünzalə Ağayevaya ciddi dəstək var

Böyük İsgəndər Bakıya gəlir
Onlar seriala çəkilirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər