Hal-hazırda Ayna qəzetinin 27.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Bunlar unudula bilərmi?
Bunlar unudula bilərmi?
Baqramyan taborunun gürcülərə qarşı törətdiyi cinayətlərdən faktlar
Şənbə, 27.08.2011


Elçin KƏRİMOV, Regional Sabitlik və Təhlükəsizlik Mə
mətn ölçüsü  

Doğrudur, bu gün Avropa və Rusiya erməni təbliğatının təsiri altındadır. Bunun əksini iddia etmək getdikcə çətinləşir. Erməni vəhşiliyini təsvir edən faktlar ortaya çıxarılanda bunu məzlum erməni xalqına atılmış böhtan sayır, rədd etməyə çalışırlar. Lakin həqiqət hər zaman həqiqət olaraq qalır və zaman keçdikcə öz yerini tapır və tapacaq.

Ermənilərin Anadolu və Azərbaycanda 1905-1920-ci illər dönəmində törətdiyi insanlıqdan uzaq cinayətlər, Qarabağ müharibəsi zamanı etdikləri vəhşiliklər və Xocalıdakı amansız qırğın onların boynunda olan cinayətlərin təkzibolunmaz sübutlarıdır. Onlar tək bizə pislik etməyiblər. "Xristian qardaş" adlandırdıqları qonşu gürcülər də onlardan az görməyib. Fəqət gürcü toplumunda onların yaxın keçmişinin ermənilər tərəfindən yazılmış acı səhifələrinə bir loyal münasibət var. İnsanlar - həm gürcülər, həm də biz bu səhifələri bilməliyik. Gürcü-abxaz qarşıdurmasında erməni faktoru, onların qonşu gürcülərə - onlara hər zaman yaxşılıq etmiş bir xalqa xəyanəti, Abxaziyada dinc gürcü əhalisinə qarşı törətdikləri vəhşiliklər unudula bilməz. Buna bizim haqqımız yoxdur.

Baqramyan adına erməni taboru nə vaxt yaranıb?

90-cı illərdə Abxaziyada Gürcüstana qarşı başlayan savaşda yaxından iştirak etmiş "Baqramyan adına erməni taboru" gürcü xalqına qarşı xüsusi qəddarlığı ilə seçilib. O zaman Abxaz separatçıları ən mürəkkəb hərbi tapşırıqları bu tabora tapşırırdılar. Gürcü-Abxaz müharibəsində Baqramyan taborunun iştirakı, taborun məhz Baqramyan adını daşıması da təsadüfi deyil. 50-ci illərdə xaricdən ermənilər SSRİ-yə gətirilirdi. Lakin A.Mikoyan və marşal Baqramyanın səyi ilə bu erməni kütləsinin böyük bir qismi Ermənistanda deyil, Abxaziyada yerləşdirilirdi. Bu tabor qanlı daşnak terroru "ənənələri"nin davamçısı idi, hadisələr başlayanda formalaşmasında əsas rolu erməni diasporu oynamışdı.

Baqramyan taborunun "qəhrəmanlığı"

Abxaziyada başlanan savaşın gedişində Baqramyan taboru Kodor dərəsində gürcülər yaşayan məntəqələri - Amtkeli, Çampali, Kvemo Lata və Zemo Lata kəndlərini yerlə yeksan ediblər.

REKLAM

Qulripşi kəndində törədilən görünməmiş cinayətlərin 95%-i Baqramyan taborunun və Qulripşidə yaşayan ermənilərin vicdanına yazılıb. Tam olmayan rəqəmlərə görə, abxaz separatçıları və onlarla bir yerdə Abxaziya erməniləri eynilə Xocalı "ssenarisinə" uyğun hərəkət edərək, 7 minə yaxın gürcünü yandırıb, güllələyib və asıblar. Qətlə yetirilənlərdən 50-si tibb işçisi, 200-dən artığı müəllim, 100-ə yaxını isə incəsənət xadimi idi. Yüzlərlə insan eybəcər hala salınmışdı. Etnik gürcülərə məxsus on minlərlə yaşayış evi dağıdılmış, 11 milyard rubl məbləğində 1923 yük vaqonu talan edilmışdi. 300-350 min dinc əhali etnik mənsubiyyətinə görə ölümlə hədələnərək yaşadıqları evlərindən zorla çıxarılaraq qovulub.

Bundan başqa, erməni quldurları Leselidze kəndində 50 gürcüyə işgəncə verərək elektrik dirəklərindən asıblar, kəndin futbol meydançasında gürcülərin kəsilmiş başları ilə futbol oynayıblar. Əvvəl onların burun, qulaq, əl və ayaqlarını kəsib, sonra isə güllələyiblər.

Qali rayonunda isə Baqramyan adına tabor 30 mindən artıq gürcünü yaşadığı ata-baba yurdundan didərgin salıb. Həmin rayondan dinc əhalidən 50 nəfər itkin düşüb, 100-ə yaxın şəxs yaralanıb və 2 mindən artıq yaşayış evi yandırılıb. Bundan başqa erməni vandalları Axaldaba kəndində valideynlərinin gözü önündə 20 köməksiz qızı zorlayıb, sonra onlara işgəncə verərək öldürüblər.

Erməni vəhşilikləri bununla bitmir. Abxaz Muxtar Respublikası Nazirlər Sovetinin rəhbəri, separatizmə qarşı çıxan Juli Şartavanı və 37 vəzifəli şəxsi qətlə yetiriblər.

Savaşın ardınca Gürcüstan hökumətinin apardığı istintaqda xüsusi hazırlanmış abxaz separatçılarının ermənilərlə birlikdə insanlığa qarşı törətdikləri minlərlə daha iyrənc faktın üstü açılmışdır. İstintaq zamanı günahsız gürcü xalqının qanının tökülməsində əli olan 20 nəfər təşkilatçı şəxs aşkar edilib.

Separatçı "abxaz parlamenti"ndə ermənilərin antigürcü "Krunk" təşkilatı fəaliyyət göstərirdi. Təşkilata "vitse-spiker" A.Topolyan sədrlik edirdi. Hələ SSRİ vaxtında "Krunk" ölkə boyu ermənilərdən "ümumerməni işi" üçün pul yığır və Qarabağ münaqişəsinin yaranmasında əli vardı. Təşkilat dəfələrlə Ardzinbaya maddi dəstək göstərib. Hələ Abxaziyadakı qanlı faciə ərəfəsində antigürcü mitinqləri zamanı "Krunk" üzvləri deyirdilər ki, "Abxaziya - yalnız abxazlar üçündür. Bizi bu torpağa köçürüblər, biz bu torpaqda doğulmuşuq, deməli, bura həm də bizim vətəndir və biz bu torpağı əldə silah gürcülərdən müdafiə edəcəyik".

Tabor, yoxsa "diviziya"?

Baqramyanın adını daşıyan bu qanunsuz silahlı birləşmə tabor adlansa da, əslində diviziya idi. Bəzi sənədlərdə bu birləşmənin təxminən 2000 nəfər döyüşçüsünün olduğunu göstərən rəqəmlər var. Araşdırmalar bu fikri təsdiqləyir. Araşdırmalar nəticəsində əldə etdiyimiz bilgilər:

1. Kusyan Vağarşak Aramoviç - baş leytenant, tabor komandiri, sonra 100 nəfərlik bölüyün komandiri təyin olunub. Qardaşı Aşot - 20 nəfərdən ibarət olan bölmənin komandiri.

2. Çikirba Cemal - Kusyan Vağarsak Aramoviçdən sonra tabor komandiri.

3. Marakyan Lenyun Leonoviç - qərargah rəisi, 1939-cu ildə doğulub, tərxis olunmuş polkovnikdir, III dərəcəli "Vətənə xidmət" ordeni ilə təltif edilib.

4. Minasyan Suren Baqratoviç - tabor komissarı, baş leytenant. Müharibəyə qədər Alaxadze məktəbində hərbi hazırlıq müəllimi işləyib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
Erməni iqtidarı və müxalifətinin dialoqu fiaskoya uğrayıb
Bu iki gücə qarşı yeni Mixail Saakaşvili hərəkatı yaranıb

Tehran Bəşşar Əsədi atacaqmı?
Siyasətdə "əbədi mənafe" prinsipini unutmaq olmaz

İran Suriyada hərbi baza tikir?




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər