Sevsə, yəqin, bir daha ailə quracaq
 |
Məleykə Əsədova toylarda oxumağı düşünmür
Şənbə, 27.08.2011
Z.RÜSTƏM |
mətn ölçüsü |
|
|
|
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədovanı son illər əksər şou-proqramlarda izləmək mümkündür. Mahnılarda da özünü sınaqdan keçirib. Mediaya müsahibəsində bunu yaradıcı insan üçün normal hesab edir. Şou proqramlarda iştirakına gəlincə:
- Mən aktrisayam, nəinki mənim, bütün populyar insanların taleyi, yaradıcılığı tamaşaçı üçün maraqlıdır. Sual verirlər, mən də cavablandırıram. Şəxsi həyatım haqqında söz-söhbətlər yayılmasını istəmirəm. Özüm iç dünyamla qalmaq istəyirəm, ancaq bu, təbii haldır ki, tanınmış olduğum üçün şəxsi həyatmı da soruşurlar. Əgər tanınmasaydım, şou-proqramları mənim həyatım maraqlandırmazdı.
- Bir ara qızınızla bağlı xeyli söz-söhbət yayıldı. Amma reaksiya vermək istəmədiniz.
- Qızımla bağlı suallar verməməyinizi xahiş edirəm. Bu şayiələr mən tanındığım üçün yayılıb. Mən bunu təbii qarşılayıram, amma şəxsi həyatımın bu qədər gündəmdə olmasını istəmirəm. İstər-istəməz haqqımda şayiələr gəzir, bunların bir çoxu yalandır.
- Sizin həyat yoldaşınızı müflis etdiyiniz də deyilir...
- Boş söhbətlərdir. Hamı bilir ki, öz evimdə yaşamışam, həyat yoldaşım da mənim evimə gəlib. Mən onun evində yaşamamışam ki... Ailə qurmazdan əvvəl də maşınım olub.
- Bəs, bu şayiələri kim yayır...
- İstedadlı olduğum üçün hər zaman şayiələrlə, söz-söhbətlərlə mənə zərbə vurmaq istəyirlər.
Mən çox istedadlıyam, aktrisa kimi ən çətin obrazların öhdəsindən gəlirəm. Ona görə də bəzi insanlar bu cür şayiələr yayır. Mən onları düşmən adlandırmıram, bəlkə də qibtə, paxıllıq edirlər. Allaha bağlı insanam. Ümumiyyətlə, o insanların haqqımda nə danışdıqlarını bilmək belə istəmirəm. Yəqin, bu da çox istedadlı və hər zaman gündəmdə olduğum üçündür.
- İkinci dəfə ailə həyatı qurmağı düşünürsünüzmü?
- Həyat davam edir, hələ bu barədə düşünmürəm, çünki qəlbim çox qırılıb. Mən sabah haqqında heç vaxt danışmıram. Sevsəm, yəqin ki, bir də ailə quracağam. Mən hələ gəncəm, bu ola bilər.
- Ailənizin dağılmasında bədxahların əli olub?
- Bəli, olub. Aramıza girənlər olub. Amma ailənin dağılmasını mən istəmişəm. Səmimiyyətdən uzaq insanları həndəvərimə qoymuram. Yalan gördüyüm üçün ailədən uzaqlaşmaq qərarına gəldim. Artıq qızım mənə hamıdan doğmadır, onu canım qədər istəyirəm. O qədər yalan xəbərlər yayılır ki... Mən sənətimlə, istedadımla gündəmdəyəm, bu cür şeylərə vaxtım olmayıb, hamısı yalandır. Mən bu dəqiqə vaxtımı və imkanımı qızımın tərbiyəsinə və özümə həsr edirəm.
- Uzun illərdir Akademik Milli Dram Teatrının səhnəsində çıxış edirsiniz. Başqa teatrlardan dəvət almısınız?
- Azdrama çox böyük səhnədir. Bu səhnədə dahi aktyorlar yetişib, fəxr edirəm ki, bu səhnədə oynayıram. Hər zaman istedadlı aktrisa olmağı arzulamışam. Bilənlər var ki, məni bir neçə dəfə xaricə dəvət ediblər. Ancaq teatrda işlərim çox olduğundan bu təklifləri qəbul etmədim. Mən Akademik Milli Dram Teatrının səhnəsinə çox böyük hörmət edirəm, bu teatrda çox istedadlı aktyor və aktrisalar var, olub, olacaq da... Hansı ölkəyə gedirəmsə, 10 gündən sonra Bakım üçün çox darıxıram, mən torpağıma bağlıyam. Bu səhnəni heç bir səhnəyə dəyişmək arzusunda deyiləm.
- Siz yaşıdlarınızdan və layiq olanların bir çoxundan tez fəxri adlara layiq görüldüyünüzü etiraf edirsinizmi?
- Xeyr, sənətimə normal yaşda qiymət verilib...
|
|
|
Oxşar xəbərlər:
Azdrama truppası sentyabrda Norveçə səfər edəcək
Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir
Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"
Sənətçilərin çoxu bu ay ac qala bilməyib
Səhnəmizin çəkidən ağır və yüngülləri
|
|
|