"Kristal" qrupunun rəhbəri Mədinə qrupundan söz açdı. Mədinənin sözlərinə görə, hazırda 3 qızdan ibarət qrupu idarə etmək çətindir: "Qrupumda Səidə, Aysel ailə qurdular, artıq anadırlar. Çox sevinirəm. Mənim qrupumdan yel kimi gəlib keçənlər də olub. Sınaq müddəti 6 aydır. Mən də 2 aydan sonra görmüşəm ki, yolunu düz gedən deyil, özüm uzaqlaşdırmışam. Bir dəfə qrupumda bir qız var idi, onu uzaqlaşdırdım, sonra mənə gəlib çatdırdılar ki, həmin qız deyib ki, "Kristal" qrupunu mən parlatdım. Daha düşünmür ki, "Kristal" onu parlatdı. Ona görə mən heç kimlə müqavilə bağlamıram, ancaq iş müqaviləsi bağlayıram, vergiyə görə. Mən işdə çox ciddiyəm. Qızları gözümdən qoymuram. Bir də ailədən gəlməlidir ciddilik, nəzarət. Əgər hansısa qız mənim tələbimlə getmirsə, onu uzaqlaşdırıram. Onsuz da istəyən pis hərəkətini edəcək, bilən kimi uzaqlaşdırıram".
Prodüser yerli şou-biznesi də yada saldı: "Yanımda oturan müğənni başlayır ağzına gələni danışmağa, gör onu kim aldı. Xalqımız görsün ki, müğənni qız da ailə qurar, baş ucalığıdır, daha niyə paxıllıq edirsiniz. Allahdan qorxmaq lazımdır".
|