Hal-hazırda Ayna qəzetinin 27.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Aybəniz Haşımova qızı ilə Gürcüstanda
Aybəniz Haşımova qızı ilə Gürcüstanda
Qaraçöpdə onlardan razı qalıblar
Şənbə, 27.08.2011


XATUN
mətn ölçüsü  

Əməkdar artist Aybəniz Haşımova və qızı Aynişan Quliyeva, bəstəkar Tahir Əkbər qonşu Gürcüstanda bir həftə Saqareco rayonunun Qaraçöp kəndində qonaq olublar. Bakıya qayıdan Aybəniz Haşımova səfər təəssüratını media ilə bölüşüb:

"Bizi Gürcüstana gənc ifaçı Xəlil Qaraçöp dəvət etmişdi. Gəlişimizə soydaşlarımız çox sevinirdilər. Getdiyimiz hər yerdə qurbanlar kəsilirdi. Hara gedirdiksə, Azərbaycan bayrağı əlimizdə olurdu. Küçələrdə bizi Azərbaycan bayrağı ilə qarşılayırdılar. Orada yaşayan azərbaycanlılarla görüşəndə birinci bayrağımızı öpürdülər".

Aybəniz xanım qızı Aynişanla birlikdə qaraçöplülər qarşısında konsert proqramı ilə çıxış ediblər. Konsertə ətraf kəndlərdən gələnlər olub. Aybəniz xanım onların konsertdən böyük zövq aldıqlarını söyləyir:

"Minlərlə tamaşaçı var idi. Konsert çox möhtəşəm keçdi. Bizi səhnədən buraxmaq istəmirdilər. Konsertin sonuna yaxın bir leysan töküldü. İnanın, səhnəni tərk etməyincə bir nəfər də olsun yerindən tərpənmədi".

Onlar Gürcüstanın bir çox yerlərində olublar: Aybəniz Haşımova soydaşlarımızın ölkəmizə sevgisindən ağızdolusu danışır: "Bu insanlarda nə qədər milli təəssübkeşlik var. Mən onlara valeh oldum".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Gürcüstanda "donuz qripi"ndən daha 2 ölüm

300-dək azərbaycanlı müəllim işdən azad edilib

AŞ PA payız sessiyası başlayır

Bölmənin digər xəbərləri
 
"Yana-yana kül oldum"
Arzuma xaricdən yaradıcılıq təklifləri gəlib

"Ən bahalı klip" savaşı başlanır?
Aygün Röyadan 40 min baha klip çəkdirir

İlahə İbadova müğənnilərin iç üzünü açdı
O, valideynlərindən utanan sənətçilərdən danışdı

"Kristal"ın rəhbəri: "Əgər hansısa qız tələbimlə getmirsə, uzaqlaşdırıram"
Və "şərt"lərdən danışdı

Sevsə, yəqin, bir daha ailə quracaq
Məleykə Əsədova toylarda oxumağı düşünmür

"Sibel Canla səs tembrimiz eyni"
Aygün Şükürova bundan məmnundur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər