Bodrumda günəşlənən xalq artisti Aygün Kazımova Bakıya dönən kimi 70 min avro dəyərində klip çəkdirəcək. Xalq artistinin mətbuat xidmətindən yayılan xəbərə görə, gələn həftə Bakıya dönən sənətçi klipini Türkiyədə aranjiman olunan "Düşün məni" mahnısına çəkdirməyi planlaşdırır. Aygün Kazımova klipə görə bədən ölçülərini ən kiçik parametrə endirməyi də bacırır. Belə ki, onun üçün hazırlanan paltarın ölçüsü S-dir. Geyimi ünlü dizayner Asis eksklüziv olaraq Aygün xanım üçün hazırlayıb. Geyim bu günlərdə Londondan Bakıya gətiriləcək. "Düşün məni" Türkiyədən gələcək 22 nəfərlik, bu ölkənin bir nömrəli peşəkar heyəti tərəfindən lentə alınacaq. Bunun üçün avqustun sonunda Bakıya gələn heyətin bütün avadanlıqları Türkiyədən gətiriləcək. Kazımovanın yeni klipi 5 müxtəlif kamera ilə fərqli məkanlarda lentə alınacaq. Klip çəkilişləri 4 gün fasiləsiz davam edəcək və reklamı da Türkiyədə aparılacaq. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə burada da təqdim olunacaq.
Arayış: çəkilişlər üçün Bakıya gələn komanda meqastar Tarkanın "Acımıyacaq", eləcə də Ajda Pekkan, Sərdar Ortac, Funda Arar, Sıla, Murad Boz, Özan Doğulu, Murad Dalkılıc, Gülşən və bir çox türk ulduzlarının kliplərini çəkib. Dediyimiz kimi, klipin çəkiliş və reklam kampaniyası 70 min avroya başa gələcək. Bu da Azərbaycanın klip tarixində ən bahalı klip sayılacaq. Hələlik Azərbaycanda sonuncu ən bahalı klip (30 min manat) Röyanın "Sənə görə" mahnısına çəkilmiş klip sayılır.
|