Hal-hazırda Ayna qəzetinin 27.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Ətin bahalaşması narahatlıq doğurur
Rəsmilərdən açıqlama
Şənbə, 27.08.2011


SAFURƏ
mətn ölçüsü  

Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir ki, nazirlik ətin qiymətinin artmasından çox narahatdır. Əliyevin sözlərinə görə, 2010-cu ildə Azərbaycanda 253,8 min ton diri çəkidə ət istehsal edilib. Bu isə ötən il ilə müqayisədə 7,6 faiz çoxdur. Buna baxmayaraq, ətin qiymətinin artırılması ciddi narahatlığa səbəb olur.

Əliyev "Ölkədə quşçuluq təsərrüfatını da inkişaf etdirmək lazımdır", - deyib. "Quş ətinin istehsal həcminin 80 min tona çatdırılmasında aktual vəzifələrdən biri quş yemlərinin və onun komponentlərinin idxal və istehsal mexanizminin işlənməsidir ki, bu da ərzaq təhlükəsizliyi üzrə dövlət proqramında öz əksini tapıb", - Əliyev əlavə edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2011-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 10,2 faiz, o cümlədən heyvandarlıq məhsulları 4,8 faiz bahalaşıb. Ət istehsalı ötən ilin anoloji dövrü ilə müqayisədə 5,5 faiz, süd 8,4 faiz, yun 6,8 faiz artıb, toyuq yumurtası 16,8 faiz azalıb.

Heyvandarlıq sahəsində ilk yeddi ay ərzində 243,3 min ton ət, 941,3 min ton süd, 590,6 milyon ədəd toyuq yumurtası, 14,6 min ton yun istehsal edilib.

Amma bahalaşma gedir. Nazir müavini ərzaq təhlükəsizliyi üzrə dövlət proqramında 2015-ci ilədək ətin istehsal həcminin 340 min tona, südün isə 2,4 milyon tonadək artırılması üzrə tədbirlər görüləcəyini də bildirib. Əliyevin sözlərinə görə, Bakıda ət satışı üzrə obyektlərin tikilməsi və iri fermer təsərrüfatlarının istifadəsinə verilməsi yaxşı olardı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yaza qış havası ilə gedəcəyik

Elçibəy ailəsi yardım təklifini qəbul etmir

Ərzaq məhsullarının qiyməti durmadan bahalaşır

Azərbaycanlılar ABŞ Konqresindən narazıdır

Vitse-spiker müxalifətçi deputatlardan razıdır

Bölmənin digər xəbərləri
 
Dollar, avro, yoxsa qızıl?
Kənan Aslanlı: "Hər üçü və heç biri"...

Qızılın qiyməti rekordu keçdi
Valyuta ehtiyatlarımızı qızılda saxlamamağın potensial itkisi milyonlarla...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər