Hal-hazırda Ayna qəzetinin 27.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Qızılın qiyməti rekordu keçdi
Qızılın qiyməti rekordu keçdi
Valyuta ehtiyatlarımızı qızılda saxlamamağın potensial itkisi milyonlarla...
Şənbə, 27.08.2011


A.AKİF
mətn ölçüsü  

Dünyada bir unsiya (31 qram) qızılın qiyməti 1 880 dollara qədər yüksəlib. Bu yüksəliş tarixi rekord sayılır. Artıq 1 qram qızılın qiyməti 60 dollardan baha satılır. Bir ay öncə bu qiymət 48 dollar idi. Təkcə son bir ay ərzində qızılın 1 unsiyası 20,9% və ya 390 dollardan artıq bahalaşıb. İlin əvvəli ilə müqayisədə 1 unsiyanın qiyməti 25,6% və ya 480 dollar artıb.

Beş il əvvəl qızılın 1 qramı 16 dollara satılırdısa, qızıl 44 dollar bahalaşıb. Amerikada müşahidə edilən böhran, eləcə də defolt təhlükəsi ilə bağlı narahatlıq qızılın dünya bazar qiymətinə təsir edib.

İqtisadçılara görə, qızılın bahalaşması dünya iqtisadiyyatında gedən proseslərlə bağlıdır. Bahalaşma qiymətli metala həm investorlar, həm də vətəndaşlarda tələbatın artmasına səbəb olub. Böhran təhlükəsi, səhm və digər bazarlarda müşahidə edilən böhran investorların daha çox qızıla investisiya qoymasına gətirib çıxarıb.

Məsələn, ekspert Azər Mehtiyevin sözlərinə görə, bahalaşmanın kökündə dünya maliyyə böhranı dayanır. Özəlliklə inkişaf etmiş ölkələrin iqtisadiyyatənda baş verən böhran prosesləri dollara, avroya, eləcə də digər aparıcı valyutalara inamı azaldıb:

"Dövlət borclarının artması son zamanlar bir sıra ölkələrdə, o cümlədən ABŞ-da qiymətli kağızların dəyərdən düşməsinə səbəb olub. İnvestorlar həmin qiymətli kağızlardan və digər valyutalardan imtina edir. Onlar daha etibarlı mənbələrə üz tutur. Bu baxımdan ilk növbədə diqqəti cəlb edən qızıldır. Böhran meyllərinin dərinləşməsi xammala olan inamı da azaldıb. Dünya iqtisadiyyatında böhran meyillərinin getdikcə dərinləşməsi investisiyaların dəyərdən düşməsinə gətirib çıxara bilər.

REKLAM

Bu baxımdan yeganə ümidverici variant kimi qızıl qalır. Bu proses davamlı olacaq".

Bu təmayül Azərbaycana sirayət edə bilərmi? Bir müddət öncə mütəxəssislər Azərbaycanın maliyyə ehtiyatlarının bir qismini qızılda saxlamaq təklifi ilə çıxış etmişdi. Təklif hökumətdə müzakirə edilsə də, qərar qəbul olunmadı. Azərbaycan rezervlərinin 70 faizi dollarda, qalan hissəsi avroda saxlanır. Bu da rezervlərin idarə edilməsindən əldə olunan vəsaitlərin kəskin artmasına gətirib çıxarmayıb. Ehtiyatlar daha çox neft satışından əldə olunan vəsaitlər hesabına formalaşıb. Dövlətin ehtiyatların idarə olunmasından əldə edilən gəlirlərinin həcmi kifayət qədər azdır. Hesablamalar göstərir ki, böhran başlayan zaman ehtiyatların bir qisminin qızılda saxlanmasına dair qərar verilsəydi, real həcm mövcud məbləğdən - 38 milyard dollardan çox olardı. Ehtiyatların bir qismini qızıla çevirmək barədə təklifə məhəl qoyulmadığı ölkəyə baha başa gəlib - böhran başladıqdan sonra təxminən 10 milyard dollara yaxın potensial itki ilə üzləşib.

Ekspertlərə görə, qızılın qiymətindəki hazırkı artım tələb edir ki, dövlət ehtiyatlarının müəyyən hissəsi pilləli şəkildə qızıla çevrilsin. Çünki Amerikada və Avropada baş verən səhm böhranı uzunmüddətli olacaq. Hətta böhran gələcəkdə real sektora da keçə bilər. Bu da investorların öz vəsaitlərini daha çox qızılda saxlamasına səbəb ola bilər.

A.Mehtiyevə görə, yaxın aylarda qızılda müəyyən ucuzlaşma da istisna deyil:

"Prosesin dərinləşməsinin qarşısı alınsa, təbii ki, qızılın qiymətində müəyyən azalma ola bilər. Dünya maliyyə böhranı istehsal sektoruna keçməzsə, investorlar müəyyən müddət qızılı nağd pula çevirmək məcburiyyətində qalacaq. Yəni böhran bir tərəfdən qızılın qiymətinə təsir göstərəcək, digər tərəfdən mal və məhsullar kimi onun da qiymətini aşağı salacaq. Hələ ki, dünya ölkələri bu böhranın dərinləşməsinin qarşısını almaqda israrlı göründüyündən qızılın qiymət artımı gözləniləndir. Azərbaycan bazarında qızılın qiyməti dünya bazarındakı artımlara uyğun artır. Bu, qaçılmazdır. Ölkəyə qızıl məmulatları əsasən xaricdən gətirilir. Ona görə qızılın bahalaşması Azərbaycanda da təkrarlanır. Digər tərəfdən, Azərbaycan həm də qızıl istehsalçısıdır. Qızılın qiymət artımı, bu qiymətli metaldan gələn gəlirlərin artmasına səbəb olacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qızıl Çarx" sahiblərini tapdı

Meyiti spekulyasiya obyektinə çevirmək...

Böhran ilində iqtisadiyyatımız inkişaf edib

Tikinti sektorunda yeni böhran gözlənir

Böhrana rəğmən qiymətli kağızlar bazarı cəlbedicidir

Bölmənin digər xəbərləri
 
Dollar, avro, yoxsa qızıl?
Kənan Aslanlı: "Hər üçü və heç biri"...

Ətin bahalaşması narahatlıq doğurur
Rəsmilərdən açıqlama



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər