Gənc ifaçı Səidə Sultan klip çəkdirməkdən imtina edib. Bunun səbəbini qəzetimizə izah edərkən bildirib ki, sonuncu klipini 2009-cu ildə "Tənha idim" mahnısına çəkdirib. Ondan sonra bir neçə dəfə klip sevdasına düşsə də, son anda fikrindən daşınıb. "Səbəb budur ki, son illər insanların klipə həvəsi azalıb. Bu gün daha çox radio dalğaları dinlənilir. Həm də klip üçün çox xərc çəkilir. Bunun bəhrəsini görə bilmirik. Bu səbəbdən klip işinə hələ bir müddət fasilə verməyi düşünürəm" - deyə izah etdi.
|