Avqustun 21-də paytaxtın əyləncə məkanlarının birində iki məşhur ifaçının birlikdə yay konserti olacaq. AYNAnın əldə etdiyi bilgiyə görə, bunlar müğənni Röya və "Eurovision" təmsilçimiz Safura Əlizadədir. Konsertə NEXT qrupu qonaq qismində qatılacaq. Sənətçilər ən son mahnılarını səsləndirəcəklər.
Röya və Safuranın birgə dueti nəzərdə tutulmur. Amma gələcəkdə duet oxuyacaqlarını istisna etməyiblər.
|