Rafael İsgəndərov və Coşqun Rəhimovun ənənəvi yumor proqramı bu ilin oktyabrında da təşkil ediləcək. Rafael İsgəndərov AYNAya bildirib ki, proqramın tarixi bəllidir. Aktyor cütlüyü oktyabrın 5-8-də Heydər Əliyev Sarayında çıxış edəcəklər. Yumor proqramına "Ailəvi" adı verilib.
Rafael İsgəndərov əlavə edir ki, proqram hər ilki kimi maraqlıdır. Ənənəvi ifaçı və teleaparıcı parodiyası da qüvvədədir.
"Cəmiyyətdə baş verən hadisələr diqqətdən kənarda deyil. Çalışırıq insanları onlara yaxın olan mövzuda düşündürək və güldürək" - aktyor parodiya ediləcək sənət əhlinin də tamaşaçılar üçün maraqlı olacağını dedi. Yalnız əvvəlcədən kimliyin açıqlanmayacağını bildirdi.
|