Sabah Nabrandakı istirahət məkanlarının birində ifaçı Natavan Həbibinin yay konsertidir. AYNAya daxil olan bilgiyə görə, konserti prodüser Tolik təşkil edir. Məxsusi bu konsert üçün xaricdən Nabrana səs, işıq avadanlıqları gətiriləcək.
Konsertdə Natavan həbibi bir neçə yeni mahnısını səsləndirəcək ki, bunlardan biri sənətçinin bu günlərdə ekranlaşdırdığı və hələ heç yerdə səsləndirmədiyi "Ayrılmarıq" mahnısıdır.
Yeri gəlmişkən, klip çəkilişləri artıq yekunlaşıb və təxminən iki həftədən sonra onun yayımı nəzərdə tutulub.
|