Hal-hazırda Ayna qəzetinin 20.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Nadir Qafarzadə: "Heç kimin qulu deyiləm"
Nadir Qafarzadə:
"Heç kimin qulu deyiləm"
İstədiyi vaxt toy mikrofonunu ata bilər
Şənbə, 20.08.2011


ŞƏMS
mətn ölçüsü  

Nadir Qafarzadənin Məşhəd ziyarətinə getməsi şoular mühitində təəccüblə qarşılanıb. Çoxları onun bundan sonra qalmaqallardan uzaq duracağı, sakit bir sənət həyatı yaşayacağını düşünür. Bəziləri isə hesab edir ki, Nadir qalmaqaldan uzaqlaşa bilməz, hər zaman bu mühitdə kimlərisə qıcıqlandırmaqda, onlara söz atmaqda davam edəcək. Bəs özü necə düşünür?

- Dostlarımdan biri ziyarətə gedirdi, səfərə bir gün qalmış mənə də təklif etdi, heç nə düşünmədən razılıq verdim. Bir də ki ziyarət insanları dəyişmir. Elə əvvəlki Nadirəm. Onsuz da daxilən böyüyürəm. Kiminlə necə davranmağı yaxşı bilirəm. Hər adamla söz döyüşü aparmıram. Böyük-kiçik yeri bilənəm. Amma həddini aşan olanda, dözmürəm. - Natavan Həbibi bir dəfə demişdi ki, xaricə konsertə gedəndə hansısa qüvvələr ona mane olur. Siz də belə maneələrlə rastlaşırsınız? - Belə hallarla mən də rastlaşıram. Təşkilatçı ilə danışırıq, razılaşırıq, sonra eşidirəm ki, dünən mənimlə 15 dəqiqə konserti müzakirə edən adam bu gün başqasını dəvət edir. Bu işdə elə həmkarlarımın əli olur.

REKLAM

Dolayısı ilə adımı siyahıdan silib, özlərini əlavə edirlər. Özümə söz vermişəm ki, heç kimlə dava eləməyim. Hərdən söz atıb, məni özümdən çıxarmaq istəyirlər, amma reaksiya vermirəm. Mən qalmaqallara ailəmin adının qarışmasına icazə verməmişəm. Həm də o insanlardan fərqli olaraq mənim toy sifarişlərim var. Toy biznesindən başqa yaradıcılıqla məşğul oluram. Milli qəhrəmanımız Mübariz İbrahimov haqda klip çəkdirmişəm. Hazırda isə Ukraynada klip çəkdirməyə hazırlaşıram. Onu RuTV-də göstərəcəklər. - Yəni bu, rus bazarına atılmaq üçün ikinci cəhddir? - Əlbəttə, həm də inanıram ki, birinci dəfəkindən daha uğurlu olacaq. - Prodüser Tolik deyir ki, toyda oxuyanlar növbətçiyə bənzəyir, toy sahibi istədiyi an mikrofonu onun əlindən alıb, başqa bir "yarımsaatlıq" ifaçıya verə bilər. - Mən heç kimin qulu deyiləm, heç kimin çaldığı havaya da oynamaram. Bu fikirlə də qəti razılaşmıram. Toyu aparan müğənni oradakı əsas şəxsdir. O nə vaxt oxuyub qurtarsa, "yarımsaatlıq"lar ondan sonra oxuya bilər. - Əgər sözün keçməsə, onda necə? - Onda hər şeyi atıb çıxıb gedərəm. Özünə qiymət verən hər bir ifaçı belə etməlidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Aygün Kazımova klub açır
"Ay və gün" adını seçib

Onu bəyaz və al qızılgüllərə qərq ediblər
İlhamə Quliyeva doğum gününü dar çevrədə keçirib

Kənan Doğulu yenidən Bakı səhnəsində
Orijinal repertuar hazırlayır

Məryəm Süleymanova gələn ay rəqs edəcək
Rəqqasə səhnə üçün darıxır

Natavan Həbibidən Nabranda yay konserti
Konsertə xaricdən avadanlıq gətirilir

Yenə kimlərsə parodiya olunacaq
Rafael və Coşqun oktyabrda yenidən səhnəyə çıxacaqlar

Röya və Safura Əlizadə bir səhnədə
NEXT qonaq qismində qatılacaq

Səidə Sultan klip çəkdirməyə önəm vermir
Çünki kliplərə maraq azalıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər