Populyar sənətçi Kənan Doğulu xeyli fasilədən sonra yenidən Bakının qonağı olacaq. Onun konserti sentyabrın 23-də Yaşıl Teatrda planlaşdırılır. Danışıqlar başa çatıb və konsertin anonsları hazırlanır. Konsertin təşkilatçısı AYNAya bildirib ki, sənətçi Bakı konserti üçün ayrıca repertuar hazırlayır. Bura onun retro və son mahnıları daxildir.
Kənan Doğulu sonuncu dəfə Bakıda 2006-cı ildə olub və Heydər Əliyev Sarayında bakılılar qarşısında çıxış etmişdi. Onun budəfəki konserti üçün biletlərin qiyməti bəllidir - 20-120 manat.
|