Azərbaycanın xarici hərbi əməkdaşlığı: 2011, iyul
 |
Şənbə, 20.08.2011
|
|
mətn ölçüsü |
|
|
|
"Ordunun Aynası" əlavəsi çərçivəsində diqqətdə saxladığımız əsas məsələlərdən biri Azərbaycanın xarici hərbi əməkdaşlıq vəziyyətinin araşdırılmasıdır. Bu sayımızda iyul xronologiyasını diqqətinizə çatdırırıq. Qeyd edək ki, sənədin hazırlanmasında APA, MilAz, "Turan" və "Trend" informasiya agentliklərinin xəbərlərindən istifadə olunub.
3-9 iyul. Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin "Yaxın Şərq problemi: Təhlükəsizlik və Demokratiya" adlı ("The Middle East Puzzle: Security and Democracy") yay sessiyası keçirilib.
4 iyul. ANAMA-nın Göygöl Regional Təlim Bazasında gürcüstanlı hərbi müdavimlər üçün təlim kurslarına başlanılması və türkiyəli mülki müdavimlərin təlim kurslarının yekunlaşması münasibətilə toplantı keçirilib. Partlamamış hərbi sursatların zərərsizləşdirilməsi və təmizlənməsi üzrə təlimdə 33 nəfər gürcü müdavim iştirak edir. Minaların təmizlənməsi üzrə kursları bitirmiş 10 türkiyəli müdavimə sertifikat təqdim olunub.
5 iyul. MSN-də Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədr müavini İqor Bıkovun rəhbərlik etdiyi heyətlə keçirilən görüşdə ölkələr arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
5 iyul. Ağstafa rayonunun Saloğlu kəndində keçmiş sovet ordusu tərəfindən partladılmış hərbi bazanın ərazisində təmizləmə işlərinin başa çatmasına həsr olunmuş toplantı keçirilib. Toplantıya NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) rəhbəri Devid Taundro da qatılıb. Bildirilib ki, NATO-nun maliyyə dəstəyi ilə 2005-ci ilin dekabrından ANAMA tərəfindən təmizləmə işlərinə başlanılıb. Beş ildən artıq davam etmiş layihə çərçivəsində 565 hektar ərazi partlamamış hərbi sursatdan təmizlənib. Bu müddət ərzində 140-dək sursat anbarından partlayış nəticəsində ətrafa səpələnmiş 600 min sursat zərərsizləşdirilib. NATO baş katibinin müavini Qabor İklodi (Gabor İkloady) layihənin Türkiyənin rəhbərliyi altında qətiyyətlə idarə və icra olunduğunu diqqətə çatdırıb. Əməkdaşlıq çərçivəsində Ceyrançöl ərazisindəki minaların da ANAMA-NATO əməkdaşlığı çərçivəsində təmizlənməsi planlaşdırılır.
Ceyrançöldə təmizlənəcək sahə 60 milyon kvadratmetrdir (6000 hektar). Artıq layihə hazırlanaraq NATO-ya göndərilib və müsbət qarşılanıb. Layihənin maliyyələşdirilməsinin ən azı 36, maksimum 50%-ni Azərbaycan hökuməti həyata keçirəcək. Layihənin həyata keçirilməsi üçün ümumilikdə 9 milyon avro tələb olunur. Layihə 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2 milyon 400 min avro, müddəti 28 aydır. Çalışılır ki, noyabra qədər lazımi kontraktlar ANAMA və NAMSA arasında imzalansın. Gələn ilin yanvarından işə başlamaq planlaşdırılır.
5-6 iyul. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanda səfərdə olub. Bakıda Appaturay prezident İ.Əliyev, XİN və FHN nümayəndələri ilə, eləcə də İPAP proqramının həyata keçirilməsində iştirak edən digər yüksək vəzifəli rəsmilərlə görüşlər keçirib. Appaturay jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan sülhməramlılarının Əfqanıstanda NATO missiyasına verdikləri töhfəyə görə prezident İ.Əliyevə təşəkkürünü bildirib:
"Azərbaycan NATO-ya Əfqanıstanda həm sülhməramlı kontingent, həm təlimçilərlə, ən vacibi isə tranzit ölkə olaraq töhfə verir. Mən prezidentdən Azərbaycanın yenə də NATO-ya Əfqanıstan məsələsində tranzit ölkə kimi dəstək verməsini xahiş etdim".
NATO nümayəndəsi görüşdə ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparıldığını da qeyd edib:
"Biz artıq bir neçə spesifik məsələlərlə bağlı əməkdaşlıq edirik. Amma daha sıx əməkdaşlıq edə bilərik". C.Appaturayın sözlərinə görə, Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağ mövzusuna da toxunulub: "Azərbaycan prezidenti münaqişə ilə bağlı öz mövqeyini bildirdi. NATO Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlarda iştirak eləmir. Amma mən öz tərəfimdən demək istəyirəm ki, bu münaqişənin hərbi həlli yoxdur. Münaqişə ancaq sülh və diplomatiya yolu ilə həll oluna bilər. İlham Əliyevin də mövqeyi eynidir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiq qalır".C.Appaturay səfər çərçivəsində NATO ilə Azərbaycan arasında imzalanmış İPAP-ın üçüncü mərhələsinə keçilməsi ilə bağlı müzakirələrin aparıldığını da bildirib: "Biz növbəti mərhələ ilə bağlı diskussiyalar aparırıq. Azərbaycan və NATO arasında əməkdaşlıq davam edir".
6 iyul. Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 18 ton yüklə Əfqanıstanın Baqram hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub.
6 iyul. Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin də qatıldığı MDB ölkələrinin müdafiə nazirləri Soçidə "Döyüş birliyi - 2011" döyüş atəşi ilə birgə Hava Hücumundan Müdafiə təlimlərinin ssenarisini təsdiq ediblər. Tədbir cari ilin avqust-oktyabr aylarında keçiriləcək. Təlim üç mərhələyə bölünür...
|
|
|
Oxşar xəbərlər:
Ermənistan ordusunun çağırışçı problemi
Orduda itkilər artır
Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib
Orduda ruhani təsisatı ideyası?
Orduda 2 nəfər həlak oldu
|
|
|