Tanınmış ifaçı Rövşən Behcət dünyasını dəyişib
 |
Mərhum Gəncədə torpağa tapşırıldı
Şənbə, 20.08.2011
|
|
mətn ölçüsü |
|
|
|
Yaxın keçmişin tanınmış ifaçısı, "Göy göl" ansamblının sabiq solisti Rövşən Behcət uzun sürən ağır xəstəlikdən sonra Bakıda evində vəfat edib.
APA-nın məlumatına görə, 66 yaşında dünyasını dəyişmiş mərhumla vida mərasimi avqustun 19-da saat 12:00-dan 15:00-dək Gəncə Dövlət Dram Teatrında keçirilmişdir. Xanəndə Gəncədəki mötəbər İmamzadə məzarlığında dəfn olunmuşdur. Sənətçi xeyli vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkirdi. Rövşən Behcət əslən Güney Azərbaycandandır. Mərhum 1945-ci il martın 17-də Təbrizdə dünyaya göz açmışdır. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə yaşayırdılar. Rövşən Behcət 1969-cu ildə Fikrət Verdiyevin yaratdığı "Göy göl" xalq çalğı alətləri ansamblında çalışmağa başlayıb və milli mahnılarımızın sevilən ifaçılarından idi.
|
|
|
Oxşar xəbərlər:
7 hərbçinin ölümü ilə bağlı istintaq yekunlaşıb İş məhkəməyə göndərilib
"Göygöl"ün 40 yaşı qeyd edilib
Göygöldən Xəzərədək uzanan musiqili ömür
"Humay" Qızlar Ansamblı İstanbulda
|
|
|