Hal-hazırda Ayna qəzetinin 13.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Radikal dini qruplaşma zərərsizləşdirilib
Radikal dini qruplaşma zərərsizləşdirilib
MTN və Baş Prokurorluq birgə məlumat yaydı
Şənbə, 13.08.2011

İ.Balıoğlu mətn ölçüsü  

Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşlar törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinən Azərbaycan vətəndaşları - Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu saxlanılıblar.

Müəyyən edilib ki, Abgül Süleymanov İranın Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan "Cəfəri" adlı radikal dini qrup yaradaraq ona rəhbərlik edib. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparıb, bu kimi ifrat çağırışları, eləcə də dini təfriqə, məzhəb ayrı-seçkiliyi aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanışını təşkil ediblər.

"Cəfəri" adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə "www.İslam-Azeri.az" internet saytı yaradılıb və ona rəhbərlik Ramin Bayramova həvalə olunub. Abgül Süleymanov və "Cəfəri" adlı dini radikal qrupun üzvləri İranın Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Azərbaycanda fəaliyyət göstərən radikal şiəmeyilli dini icma və birliklər, o cümlədən onların rəhbərləri ilə sıx əlaqələr saxlayıblar.

Bundan başqa, Abgül Süleymanov hazırda Cinayət Məcəlləsinin terrorçuluq və dövlətə xəyanət maddələri ilə 2008-ci ildən barəsində beynəlxalq axtarış elan olunmuş Azərbaycan vətəndaşı, İranın Qum şəhərində yaşayan və orada fəaliyyət göstərən "Haqq yolu" Elmi-mədəni müəssisəsinin rəhbəri Hüseynov İsgəndər Hüseynəli oğlu ilə yaxın münasibətlər saxlamaqla yanaşı, "Cəfəri" adlı dini radikal qrupun fəaliyyət istiqamətini müəyyənləşdirməkdə sonuncudan mütəmadi təlimatlar alıb.

"Cəfəri" adlı radikal dini qrupun üzvləri İranın Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən və rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər. Bundan başqa, Abgül Süleymanov Azərbaycanda fəaliyyət göstərən bir sıra Qərb ölkələrinin səfirliklərinin qarşısında radikal dindarlar tərəfindən icazəsiz keçirilən bütün etiraz aksiyalarının təşkilatçısı olub.

Keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşiş və ona məxsus avtomobildən 1 ədəd "Makarov" tipli tapança, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd "PM" patronu, Ramin Bayramova məxsus qarajdan 1 ədəd "Baykal" tipli tapança, həmin tapançaya aid səsboğucu, 1 ədəd tapança darağı, 8 ədəd patron, 2 ədəd "F1" tipli əl qumbarası və 2 ədəd alışdırıcı, 13 qramdan artıq narkotik vasitə olan həşiş qatranı, Abgül Süleymanovun üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən CM 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb. Abgül Süleymanov, Ramin Bayramov və Arif Qəniyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan - Rusiya sərhədində atışma

MTN narkotikə görə son bir ayda 24 nəfəri saxlayıb

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

Mardun Qumaşyan barədə beynəlxalq axtarış verildi

Bölmənin digər xəbərləri
 
Məleykə Abbaszadə: "...amma onlara attestat veriblər"
Məzunların 28,1 faizi çox aşağı nəticə göstərib

Qanunsuz fəaliyyət göstərən 8 aptek bağlanıb
Vaxtı keçmiş dərmanlar müsadirə olunub

Məktəbli geyimlərinin satış qiymətləri açıqlandı
Bunlar yazılaraq divardan asılıb

Özəl yolla Həccə getmək yasaq edildi
Təyyarədə isə yerlər dolub

Daha bir neçə qanunsuz kazino aşkarlanıb
Vergilər Nazirliyi araşdırma aparır

"Savalan həftəsi"nin tələb və istəkləri
Polis əngəl ola bilməyib

Ailəli kursantlara kirayə pulu veriləcək


ANAMA gürcülər üçün kurslara başlayıb


FHN Bakı Regional Mərkəzində qərargah məşqi keçirilib




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər