Hal-hazırda Ayna qəzetinin 13.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Nə qədər yaxanı qırağa çəksən də...
Şübhələr təsdiqini tapır
Şənbə, 13.08.2011

S.Soltan mətn ölçüsü  

Türkiyə təhlükəsizlik orqanları ölkənin Suriya ilə sərhəddə yerləşən Kilis şəhərində İrandan Suriyaya göndərilmiş silah partiyasını tutublar. Türk tərəfi faktı belə izah edib ki, İranın xaricə silah ixracına BMT-dən yasaq qoyulub. Türkiyədə İrandan Suriyaya tranzit yüklərdə silah aşkarlandığı ilk dəfə deyildir. İranın beynəlxalq terror şəbəkəsinə yardım və himayədarlıq etdiyi haqda dünyanın şübhələri yeni-yeni faktlarla təsdiqini tapır. Peyklərdən yerdə insanların izlənə bildiyi bir zəmanədə cidanı çuvalda gizlətmək mümkün deyildir.

Rəsmi Tehran Yaxın Şərqdə fəaliyyət göstərən "Həmas", "Hizbullah", "İslami Cihad" kimi rəsmən terror təşkilatı kimi tanınan qurumlarla əlaqədə olduğunu gizlətmir. Onlara Suriya üzərindən açıq-gizli yardımlar edir. Strateji hədəf isə budur ki, oralarda durum nə qədər gərgin olsa, dünyanın diqqəti İrandan o qədər yayınar.

Tehran təkcə "əl-Qaidə" ilə münasibətlərini bəlli səbəblərdən qətiyyətlə inkar etməkdədir. Ötən həftə İran XİN mətbuat xidmətinin katibi Ramin Mehmanpərəst amerikalı məmurların İranı "əl-Qaidə" ilə əməkdaşlıqda suçlamalarını "əsassız" sayıb. Qərb mətbuatının bu günlərdə yaydığı məlumata görə, ABŞ Maliyyə Nazirliyinin təmsilçisi demişdi ki, prezident Obama İran hakimiyyətini "əl-Qaidə" ilə pulköçürmə və yaraqlıların ölkə ərazisindən daşınmasına dair gizlin razılaşmaya vardığı üçün ittiham edib.

Məlumata əsasən, Tehran bu anlaşmada adıçəkilən terrorçu quruma öz yaraqlılarının Yaxın və Orta Şərqdən Əfqanıstana və Pakistana ötürülməsində İran ərazisi ilə "özəl kanal" yaradılmasına da icazə verib.

Nazirliyin məlumatına görə, Eyzəddin Əbdüləziz Xəlil adlı "əl-Qaidə"çinin başçılığı altındakı bir bölmə 6 il İran ərazisində fəaliyyət göstərib. Bu qrup vasitəsi ilə Pakistandakı "əl-Qaidə" rəhbərliyi ərəb dövlətlərindən təşkilat üçün yığılan vəsaiti əldə edirmiş.

Xəlilə və daha 5 silahdaşına ABŞ sanksiya tətbiq edib. Onların bütün vəsaitinə həbs qoyulub. Amerika vətəndaşlarına onlarla istənilən işgüzar və ya maliyyə münasibəti saxlamaq yasaqlanıb.

R.Mehmanpərəst ABŞ Maliyyə Nazirliyinin bu xəbərini də təkzib edərək, Əfqanıstanda iranlı diplomatın "əl-Qaidə" tərəfindən öldürüldüyünə diqqəti çəkib.

Ancaq burası da var ki, hələ bir il öncə "əl-Qaidə" lideri Üsamə bin Ladenin ailəsinin İranda olduğunu Tehran inkar etməmişdi. Onda bin Ladenin dördüncü oğlu Ömər "əl-Ərəbiyyə" telekanalına müsahibəsində bildirmişdi ki, "əl-Qaidə" ailəsinin "20 üzvü zorla İranda saxlanılır". İndi R.Mehmanpərəstin təkzibi, belə görünür, diplomatik mahiyyət daşıyır.

Tehran rəsmiləri talibanla da əməkdaşlıq etmədiklərini bildirir. Ancaq ötən il Amerikanın Əfqanıstandakı kontingentinin komandanlığı bildirmişdi ki, onların əlində talibanın İran tərəfindən silah-sursatla təmin edilməsinə, Tehranın onları təlimatlandırmasına dair faktlar var.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir

Antiterror koalisiyasına qarşı vuruşan azərbaycanlılar?..

ADNA-dakı teraktın məhkəməsi davam edir

İslamçılara terror maddəsi ilə cinayət işi açıldı

Xəzər regionunda terror təhlükəsi daha da artıb

Bölmənin digər xəbərləri
 
Qafqaz siyasətində dini və milli faktor
yaxud Qafqaz bir bütün olacaqmı?

Rusiya siqaretə qarşı sərt ölçü götürür
Bəlkə biz də belə edək?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər