Son həftələr isti münasibətlərini ictimaiyyətdən gizli tutmayan reper Elşad Xose və rəqqasə Oksana Rəsulovanın həyatından hələ də qara zolaq keçir. Elşadla münasibətlərini bəyan edəndən sonra Oksananın ayrıldığı iddia etdiyi əcnəbi həyat yoldaşı rəqqasənin şəxsi həyatı ilə bağlı yalan danışdığını söyləmişdi. Onların hələ də rəsmən boşanmadığı halda, Oksananın Elşadla evlənəcəyi xəbəri bu münasibətlərin saxta olduğundan xəbər verirdi. Amma cütlük media qarşısına çıxaraq, gerçək sevgili olduğunu söylədilər. Onlar Oksana birinci ərindən boşandıqdan sonra evlənəcəklərini söylədilər.
Elşad Xose AYNAya bildirib ki, Oksana haqqında həyat yoldaşı çox yanlış sözlər deyir. Amma o, bunlara əhəmiyyət vermədiyini və Oksana ilə nikahlanacağını bildirdi.
Qeyd edək ki, E.Xosenin bu günlərdə ekranlaşdırılan klipində Oksana tərəf-müqabil kimi çəkilib. Onlar bütün təsirlərə baxmayaraq, ideal sevgili olduqlarını vurğulamağa çalışıblar. Elşad Xose "Bizi heç bir qüvvə ayıra bilməz" deyir.
|