Rəqsanə son aylar bir neçə dəfə konsert niyyəti haqda danışmış, lakin onun vəd etdiyi konsert proqramları təxirə düşmüşdü. Onun sonuncu belə bir vədi Naxçıvan MR-də verəcəyi konsert barədə idi. Onun Aşıq Əli ilə çıxış edəcəyi planlaşdırılmışdı. Amma bu niyyəti də bilinməz səbəbdən sonraya saxlanmışdı.
İndi Rəqsanənin Moskvada çıxış edəcəyi deyilir. Onun prodüserinin AYNA qəzetinə bildirdiyinə görə, sənətçi Moskvada yaşayan azərbaycanlılar qarşısında çıxış edəcək və konsertin repertuarı artıq hazırdır. Rəqsanə orada canlı ansamblın müşayiəti ilə çıxış edəcək.
Öyrəndik ki, konsertin təşkilatçısı Mehman Mürsəlovdur. Təşkilatçının vaxtilə ifaçı kimi fəaliyyət göstərdiyi də söylənir.
|