Hal-hazırda Ayna qəzetinin 13.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Namiq bu il evlənməyi düşünür
Namiq bu il evlənməyi düşünür
Prodüseri belə dedi
Şənbə, 13.08.2011


ŞƏMS
mətn ölçüsü  

Namiq Qaraçuxurlu uzun müddət xalq artisti Aygün Kazımova ilə sevgi münasibəti yaşasa da, onların məhəbbəti bitdi. Deyilənə görə, Namiqin Aygündən sonra qız dostlarının sayı hər gün çoxalır. Hətta şayiələrə görə, Qubada sevgilisi ilə istirahət edib. Başqa bir xəbərə görə, Namiq yeni sevgilisi ilə rahat dincəlmək üçün ani qərar verərək xarici ölkələrdən birinə üz tutub. Məlumatı dəqiqləşdirmək üçün meyxanaçı ilə əlaqə yaratmağa çalışdıq. Onun telefonu bağlı olduğundan bu fikrə Namiqin dostu və prodüseri Ataş aydınlıq gətirdi. Ataş Namiqin bir neçə gün öncə Qubada istirahət etdiyini təsdiqləsə də, meyxanaçının istirahət zamanı tək olub-olmadığı barədə söz demədi. Onu öyrəndik ki, Namiq Azərbaycanda deyil, xarici ölkələrdən birində istirahət edir. Onun evlənəcəyi haqda açıqlaması artıq gerçəyə doğrudur. 33 yaşında olan meyxanaçı bu günə qədər evlənməklə bağlı qəti danışmayıb. Prodüseri deyir ki, bu günlərdə onun Namiqlə eyni mövzuda ciddi söhbəti olub. "Sözün düzü, artıq Namiqin evlənmək vaxtı keçir. Qısa müddət öncə bu barədə onunla söhbətimiz oldu. Dedim ki, Namiq, artıq evlənmək barədə düşünməlisən. Bu gün-sabah 35 yaşın olacaq. Namiq isə dedi ki, inşallah, 35 yaşına qalmaram, evlənmək haqqında fikrim ciddidir. Yəni onun sözündən başa düşdüm ki, Namiq bu il evlənməyi düşünür. Ona görə də şou-biznes əhli toya hazırlaşsa, pis olmaz" söylədi.

İstirahət, evlilik hazırlığı ilə yanaşı, meyxanaçı yaradıcılığı ilə də məşğuldur. Debüt işbirliyinə Könül Kərimova ilə başlayan Qaraçuxurlu, daha sonra xalq artisti Aygün Kazımova ilə duet ortağı oldu. Hərçənd bu işbirliyi sonradan şəxsi münasibətlərlə daha çox diqqət çəkdi. Aygünlə ayrıldıqdan sonra başqa bir sənətçi ilə duet oxumaq barədə düşünmədiyini desə də, bu vəd çox uzun çəkmədi. Budəfəki duet ortağı xanım sənətçi olmayacaq. Meyxanaçı yeni mahnısını Murad Sadıqla oxumağa qərar verib. Güman ki, Namiqlə Muradın bu duet parçasına klip də çəkilsin.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aygün Kazımovanın "şamplena şou-2"si

İlham Namiq Kamal: "Bəzən görürsən, bir filmi iki nəfər dublyaj edir"

Məktəbli rəssamlara hədiyyələr

Sabah artıq bu gündən başlayır

Namiq Abdullayevi yola salmaq lazımdır

Bölmənin digər xəbərləri
 
Aygün Kazımova bədxərcliyindən danışdı
Bəzən dondurma almağa gedib, ev alıb qayıda bilər

Azərin gerçəklərdən danışdı
Bizdə şoular var, şou-biznes hələ yoxdur

Elza Seyidcahan qonşularına söz verdi
"Konsert baş tutacaq"

İfaçılar Gövhər Həsənzadəyə üz tutur
Onun mahnıları kimləri özünə çəkir?

Mühafizəçi ilə dolaşan ifaçılar
Onlar kimlərdir və nədən ehtiyat edirlər?

Kamilə Babayeva: "Hələ idealım yoxdur"
Odur ki, hələ subay gəzəcək

Natəvan Həbibi əvvəl kapriz göstərib
Sonra isə rejissorun ideyaları ilə razılaşıb və geri çəkilib

Qoçaq Əsgərov dünyaca məşhurların siyahısında
Xanəndənin adı 20-liyə düşüb

Rəqsanə Moskvaya yollanır
Bu dəfə mütləq oxuyacaq

Sevda Yəhyayeva Bodruma üz tutdu
Yeni mövsümə planlarını orada quracaq

Elşad Xose: "Bizi heç bir qüvvə ayıra bilməz"
Evlənmək Oksananın birinci ərindən boşanmasından sonraya qalır

Hər işin öz vaxtı var
Bu prinsip inciklik yaradıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər