Teleaparıcı Kamilə Babayeva öz idealını tapa bilmir. Aktrisa və teleaparıcı hələ çox subay gəzəcəyini deyir:
"Desəm ki, yaxın bir neçə ildə subaylığa son qoyacağam, yalan olar. Əslində istərdim ki, bu il ailə həyatı qurum, ailəm və uşağım olsun. Lakin bunun üçün münasib bir insan yoxdur. Məni sevənlər var, ancaq onların arasında hələ ki mənim idealım yoxdur".
Aparıcı həmçinin arzuladığı ideal kişi obrazını da təsvir edib: "Həmin insan ən azından məndən bir az da olsa, güclü olmalıdır. O, yüksək insani keyfiyyətlərə sahib olmalıdır. Məndən zəif olsa, vay o yazığın halına. Zəiflərə qalib gəlməmək üçün mərhəmət göstərirəm, qəddar olduğum üçün onlara yazığım gəlir və evlənmirəm".
|