Hal-hazırda Ayna qəzetinin 13.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Mühafizəçi ilə dolaşan ifaçılar
Mühafizəçi ilə dolaşan ifaçılar
Onlar kimlərdir və nədən ehtiyat edirlər?
Şənbə, 13.08.2011


ŞƏMS
mətn ölçüsü  

Şoular mühitindən bəzilərini toplantılarda mühafizəçi ilə görmək mümkündür. Məsələn, Vasif Məhərrəmli. Gündəlik həyatında mühafizəçi ilə gəzmədiyini deyən ifaçı mühafizəçinin xidmətindən yalnız harayasa gedəndə istifadə edir. "Bu zaman mühafizəçim Rövşən yanımda olur. O, peşəkar kikboksçudur və çoxlu sayda beynəlxalq nailiyyətləri var. İdman dünyasında Rövşəni çoxları tanıyır", - deyə Vasif Məhərrəmli onu təqdim edir. Samiranı isə həyat yoldaşı və ya yaxın qohumu ilə görmək mümkündür: "Mən qismətə çox inanıram. Alnımıza yazılanı dəyişmək mümkün deyil. Amma hər zaman diqqətli, ehtiyatlı olmaq lazımdır. Təəssüf ki, toylarda spirtli içkidən sonra bəzi qonaqlar həyasızlıq edir". Səməd Səmədov isə hesab edir ki, indi əksər müğənnilərin toylara mühafizə ilə getməsinin səbəbi başqadır: "Bu, sadəcə, dəb halını alıb. Uitni Hyüstonun çəkildiyi "Cangüdən" filmini xatırlayırsınız? Deyəsən, əksər ulduzlarımız özünü Uitni Hyüstonun yerində təsəvvür edir. Amma ciddi danışsaq, artistlərimizin mühafizəçiyə ehtiyacı var. Bu halda daha rahat olursan". S.Səmədov özü isə mühafizəçisiz gəzir. Gənc ifaçı Gülay Zeynalovanı belə yerlərdə həyat yoldaşı Kamil ilə birgə görmək mümkündür. O, sanki xanımının mühafizəçisi rolunu da yerinə yetirir. Kamil idmançıdır. Rəhim Rəhimli də mühafizəçi ilə görünən ifaçılardandır. "Mən bütün tədbirlərə, toylara, konsertlərə həm köməkçi, həm də mühafizəçi rolunu oynayan etibarlı insanların əhatəsində gedirəm. Toylarımızın necə keçdiyini bilirik. Təəssüf ki, spirtli içki hamıya eyni cür təsir göstərmir", - deyə R.Rəhimli bildirdi. Səidə Sultan isə tək gedir və mühafizəçiyə ehtiyac duymadığını bildirir. Amma gedəcəyi yeri diqqətlə seçir. Səidə bildirir ki, indiyədək onu hər yerdə hörmət və gülərüzlə qarşılayırlar. Elnur əksər tədbirlərə tək qatılsa da, tez-tez mühafizəçiyə də müraciət etməli olur: "Məsələn, rayonlara və ya xaricə gedirəmsə, mütləq mühafizəçiyə müraciət edirəm".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Elnur Məcidli barəsində cinayət işi dayandırıldı

Bakıda beynəlxalq münasibətlər simpoziumu

Elnur Maldiv adasında klip çəkdirəcək

Elnur Məmmədli polisdə!

Uzun yolun başlanğıcında

Bölmənin digər xəbərləri
 
Aygün Kazımova bədxərcliyindən danışdı
Bəzən dondurma almağa gedib, ev alıb qayıda bilər

Azərin gerçəklərdən danışdı
Bizdə şoular var, şou-biznes hələ yoxdur

Elza Seyidcahan qonşularına söz verdi
"Konsert baş tutacaq"

İfaçılar Gövhər Həsənzadəyə üz tutur
Onun mahnıları kimləri özünə çəkir?

Kamilə Babayeva: "Hələ idealım yoxdur"
Odur ki, hələ subay gəzəcək

Namiq bu il evlənməyi düşünür
Prodüseri belə dedi

Natəvan Həbibi əvvəl kapriz göstərib
Sonra isə rejissorun ideyaları ilə razılaşıb və geri çəkilib

Qoçaq Əsgərov dünyaca məşhurların siyahısında
Xanəndənin adı 20-liyə düşüb

Rəqsanə Moskvaya yollanır
Bu dəfə mütləq oxuyacaq

Sevda Yəhyayeva Bodruma üz tutdu
Yeni mövsümə planlarını orada quracaq

Elşad Xose: "Bizi heç bir qüvvə ayıra bilməz"
Evlənmək Oksananın birinci ərindən boşanmasından sonraya qalır

Hər işin öz vaxtı var
Bu prinsip inciklik yaradıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər