İfaçılar Gövhər Həsənzadəyə üz tutur
 |
Onun mahnıları kimləri özünə çəkir?
Şənbə, 13.08.2011
XATUN |
mətn ölçüsü |
|
|
|
Türkiyədə model kimi fəaliyyət göstərən həmyerlimiz Nigar Talıbovanın mahnı ifaçılığı sevdası artıq hər kəsə bəllidir. İndi bəstəkar Gövhər Həsənzadə ilə birlikdə albom üzərində çalışır. Həsənzadənin mahnı beşliyindən ibarət albom başa çatmaq üzrədir. Mahnıların beşi də canlı orkestrin müşayiəti ilə artıq lentə alınıb. Bu mahnıların sözləri Fərhad Şabranlı, Ayişə Yılmaz Birgül və Gövhər Həsənzadəyə aiddir. Gövhər Həsənzadə ilə Mübariz Tağıyevin birgə layihəsi isə hərbi vətənpərvərlik mövzusunda bir layihədir. Bu iş ilin sonuna kimi yekunlaşacaq. "Bu il qələbə ilidir" - adlı mahnı hərbi orkestrin müşayiəti ilə Mübariz Tağıyevin canlı ifasında lentə alınacaq.
Gövhər Həsənzadənin həmçinin Almaz Ələsgərova, Kərim Abbasov, "Popstar" iştirakçısı Mahir Zeynalovla da işbirliyi var. Yaradıcılığına xeyli fasilə verən ifaçı İlahə Fəda da səhnəyə yenidən qayıdışını Gövhər Həsənzadənin mahnıları ilə başlamaq istəyir.
|
|
|
Oxşar xəbərlər:
"Vətən mənə nə verəcək" yox, "mən Vətənə nə verəcəyəm"...
"Azərbaycan-Türkiyə" mahnısı - ortaq iş
Gövhər Həsənzadədən sürpriz
Gövhər Həsənzadə: "Gəlin sərvətlərimizi qoruyaq, özümüz öz ayranımıza turş deməyək"
Gövhər Həsənzadənin protejesi tapılıb
|
|
|