Hal-hazırda Ayna qəzetinin 13.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Azərin gerçəklərdən danışdı
Azərin gerçəklərdən danışdı
Bizdə şoular var, şou-biznes hələ yoxdur
Şənbə, 13.08.2011


Z.RÜSTƏM
mətn ölçüsü  

"Azərbaycanda şou-biznes, demək olar, yoxdur. Musiqi dünyasında bütün bu baş verənləri bəlkə də şou adlandırmaq olar. Amma maddi tərəfdən yanaşsaq, bu iş düşünüldüyü qədər də inkişaf etməyib".

Azərin müasir şou-biznesin durumuna toxunarkən qeyd edir ki, kənardan baxdıqda Azərbaycanda şou-biznesin varlığına dair hansısa fikir söyləmək mümkündür. Lakin həqiqətdə mənzərə fərqlidir: "Mən neçə illərdir bu sahədə çalışan adam kimi deyə bilərəm ki, Azərbaycanda şou-biznesin qərarlaşmasına hələ çox zaman lazımdır".

"Şou-biznes" anlayışı Azərbaycanda yeni simaların televiziya məkanına yol tapmasına imkan yaratdı. Bu gənclər sənətin vacibliyini düşünmədən tez-tez efirdə görünməklə seyrçini onu yaddaşına yazmağa məcbur edir. Təəssüf ki, bu isimlər sənəti, səsi ilə deyil, qalmaqallar və şayiələrlə yadda qalır. Azərin isə hesab edir ki, səhnəyə çıxan insan ilk növbədə məsuliyyətini dərk etməli, seyrçini aldatmadan sənətini sərgiləməlidir:

"Mən yeni mahnılar yazdırıram. Səmimi deyim ki, bəzən dincəlməyə vaxt olmur. Bəzilərindən fərqli olaraq işlə məşğul olmağa üstünlük verirəm. Boş söz-söhbətlərdən qaçaraq sənətlə məşğul olmaq mənim üçün daha önəmlidir. Açığı, tez-tez efirdə görünməyin də tərəfdarı deyiləm. Seyrçi qarşısına qalmaqallarla deyil, yeni layihələr, mahnılar, Türkiyə telekanalından yayımlanan proqramla çıxmağa üstünlük verirəm".

Qalmaqallardan qaçdığından heç qalmaqal da ona yaxın gəlmir. "Mən səhnəyə sənətlə gəlmişəm. Ona görə də bu kimi hallar mənə yaddır", - deyə o əlavə edir.

Musiqi yarışmaları vüsət almaqdadır. Lakin bu yarışmaların qalibləri üçün qazana biləcəkləri son zirvə - toylarda oxumaqdır. Müsabiqələrin məqsədi isə heç də toy müğənnisi yetişdirmək deyil. Gənc istedad sorağında olan yarışma təşkilatçıları şadlıq evləri və restoranların sərhədini aşaraq beynəlxalq müsabiqələrə iştirakçı göndərməyi qarşıya məqsəd qoymalıdır. Azərin bu iradla razılaşır və hesab edir ki, toy sənətçi üçün yüksək zirvə hesab edilməməlidir. Deyir:

"Lakin burada başqa bir məqam da var. Axı sənətçilər də yaşamalıdır. Əgər Azərbaycan incəsənətində konkret sistem olarsa, o zaman sənətçi toylara üz tutmaz. Avropa ifaçıları konsertləri ilə, albomlar hazırlamaqla pul qazana bilir. Təəssüf ki, biz hələ bu səviyyəyə çatmamışıq".

Gənc ifaçıların beynəlxalq müsabiqələrə hazırlanmasına gəlincə, sənətçi hesab edir ki, bu məsələ dövlətin yardımı olmadan gerçəkləşə bilməz: "Burada kifayət qədər böyük maddi və mənəvi dəstək olmalıdır. Ona görə də dövlətin yardımı qaçılmazdır".

Azərin bir müddət əvvəl təxirə salınmış solo konsertini gerçəkləşdirmək niyyətindədir:

"Hələ ki, vaxtı dəyişdirilib. Lakin bu mənə daha rəngarəng konsert proqramı ilə çıxış etməyə imkan verəcək. Xatırlayırsınızsa, ilk konsertimin repertuarı ikincidən ciddi surətdə fərqlənirdi. Bu konsertin isə daha fərqli olmasını qarşıya məqsəd qoymuşam. Digər tərəfdən, mahnılarımı bir günün içində hazırlamıram, bəzən onların üzərində 2-3 ay işləmək lazım gəlir. Ona görə də tələsmirəm. Tam repertuar yığdıqdan sonra tamaşaçılarımı bir araya gətirəcəyəm".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

MTRŞ-dan telekanallara son xəbərdarlıq

Jurnalist niyə "gizli mənbələr"ə üz tutur?

Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"

"Maşın" realiti-şou 9-cu sürəti ilə efirə qayıdır

Kim neçə dəfə nikaha girib?

Bölmənin digər xəbərləri
 
Aygün Kazımova bədxərcliyindən danışdı
Bəzən dondurma almağa gedib, ev alıb qayıda bilər

Elza Seyidcahan qonşularına söz verdi
"Konsert baş tutacaq"

İfaçılar Gövhər Həsənzadəyə üz tutur
Onun mahnıları kimləri özünə çəkir?

Mühafizəçi ilə dolaşan ifaçılar
Onlar kimlərdir və nədən ehtiyat edirlər?

Kamilə Babayeva: "Hələ idealım yoxdur"
Odur ki, hələ subay gəzəcək

Namiq bu il evlənməyi düşünür
Prodüseri belə dedi

Natəvan Həbibi əvvəl kapriz göstərib
Sonra isə rejissorun ideyaları ilə razılaşıb və geri çəkilib

Qoçaq Əsgərov dünyaca məşhurların siyahısında
Xanəndənin adı 20-liyə düşüb

Rəqsanə Moskvaya yollanır
Bu dəfə mütləq oxuyacaq

Sevda Yəhyayeva Bodruma üz tutdu
Yeni mövsümə planlarını orada quracaq

Elşad Xose: "Bizi heç bir qüvvə ayıra bilməz"
Evlənmək Oksananın birinci ərindən boşanmasından sonraya qalır

Hər işin öz vaxtı var
Bu prinsip inciklik yaradıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər