Yanacaqdoldurma məntəqələrində yeni kassa aparatları quraşdırılacaq
|
Şənbə, 13.08.2011
|
|
mətn ölçüsü |
|
|
|
Vergilər naziri Fazil Məmmədov Azərbaycan ərazisində istismar olunan yanacaqdoldurma məntəqələrində (YDM) yeni növ nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarının icrası məqsədilə əmr imzalayıb. Əmrdə 2012-ci il yanvarın 1-dək hazırda YDM-lərdə istifadədə olan kassa aparatlarının yeni kassa aparatları ilə əvəz edilməsi və onların qeydiyyata alınması ilə bağlı işlərin həyata keçirilməsi nəzərdə tutulur. Yeni kassa aparatları xüsusi konstruksiyalı və texniki göstəricilərə malikdir və çek verilmədən neft məhsulları və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edir.
|
|
|
|
|
|
|