Hal-hazırda Ayna qəzetinin 06.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Müəllimlərin müsabiqəsi davam edir
Müəllimlərin müsabiqəsi davam edir
1244 iddiaçıdan yalnız ...98 nəfəri işə qəbul olunub
Şənbə, 06.08.2011


E.İLKİN
mətn ölçüsü  

Ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbul imtahanları davam edir. Təhsil Nazirliyindən verilən açıqlamaya görə, ibtidai sinif müəllimi ixtisası üzrə iyulun 26-dan iyulun 30-dək davam edən imtahanlarda 1244 iddiaçı iştirak edib. Nəticələrə əsasən, 98 nəfər işə qəbul olunub. Vakant qalan 12 yer isə bütün imtahanlar başa çatdıqdan sonra keçid balını toplamış, lakin qəbul olunmamış müəllimlərə təklif olunacaq.

Avqustun 1-dən ingilis dili ixtisası üzrə imtahanlara başlanıb. Bu ixtisas üzrə 241 vakant yer üçün (onlardan 68-i Bakı şəhərindəndir) 1529 nəfər imtahana buraxılıb.

Növbəti həftə Azərbaycan dili və ədəbiyyat, daha sonra isə kimya, tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlardır.

İşə qəbulla bağlı iyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min iddiaçı elektron ərizə verib. Ərizəçilərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb. Nəticədə 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıb.

Bu il ibtidai sinif müəllimi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olub. Bu ixtisas üzrə 110 vakant yer üçün (23-ü Bakı, digərləri - rayonlar) 1722 nəfər ərizə verib. Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili, kimya, biologiya ixtisasları üzrə də ərizə verənlərin sayı az olmayıb. Hazırda namizədlər müsabiqənin II mərhələsi üzrə test imtahanında iştirak edirlər.

Xatırladaq ki, indiyədək 3 min nəfərə yaxın müəllim müsabiqənin II mərhələsində imtahan verib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

TQDK son xəbərdarlığını etdi...

Kənd müəllimlərinə güzəşt

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək

TQDK-ya 22 Avropa və dünya çempionu müraciət edib

Ali məktəblərə test imtahanları başlayır

Bölmənin digər xəbərləri
 
Boş qalan yerlər üzrə ixtisas seçimi başlanıb
Üç universitetə maraq azdır

Hərbi çağırış sistemində dəyişiklik olacaq?
İndiki "hibrid" çağırış sistemindən xilas olmaq vacib sayılır

Nazir Nikolaişvili nikbindir
Xəttin çəkilişində 62,5 min adam işlə təmin olunacaq

Ötən ay 1070 əcnəbi Azərbaycandan qovulub
171 nəfərin ölkə ərazisində yaşaması leqallaşdırılıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər