Bir neçə gün öncə Türkiyədən istirahətdən qayıdan Zamiq şəxsi həyatında yenilik olduğunu bildirib. Onun qəzetimizə danışdığına görə, istirahətinə rəng qatan məqamlar olub: "Bu səfər çox maraqlı və unudulmaz keçdi. İstirahətdən sonra həyatım dəyişdi. Bunun tam açıqlamasını deyə bilməyəcəm. Çünki şəxsi həyatım çox müzakirə edilib. Bunu hər kəsdən uzaq tutmaq istəyirəm. Qəti qərar olanda, bunu gizlətməyəcəm. Hələlik bu qədər danışıb, susuram". Onu da deyir ki, bu səfər ona yaradıcılıq stimulu verib. "Nağıllar" adlı yeni mahnı bəstələyib. Az hallarda mahnı bəstələyən ifaçı bunu indi etiraf etdi.
|