Bu isti yay günlərində Samira açıq havada bir neçə gündür klip çəkdirir. Qəzetimizə bu işin özəlliyindən danışarkən bildirdi ki, klipin mahnısı dini mövzudadır və Ramazan ayında təqdim etməyi qərara alıb: "Mahnı "Həzrəti Məhəmməd" adlanır. Sözləri Sevinc Şirinə, musiqisi Cəmilə məxsus olan kiçik kompozisiya, adından göründüyü kimi, sonuncu peyğəmbərə ithaf edilib". Sənətçi qeyd etdi ki, klipdə həmkarı Roza Zərgərli də çəkilir. Çəkiliş heyətində İctimai Televiziyanın əməkdaşları çalışır. Klip bir neçə gündən sonra yerli kanallarda göstəriləcək.
|