Hal-hazırda Ayna qəzetinin 06.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Flora Kərimova əməliyyat olundu
Flora Kərimova əməliyyat olundu
Sənətkar xəbəri qohumlarından gizlədib
Şənbə, 06.08.2011


XATUN
mətn ölçüsü  

Milli estradanın korifeylərindən olan xalq artisti Flora Kərimova şəhərin özəl klinikalarından birində gözündən cərrahiyyə əməliyyatı olunub. Hazırda özünü normal hiss edən müğənni bildirib ki, əməliyyat uğurlu keçib və narahatlığı qalmayıb. "Gözümdə aparılmış uğursuz əməliyyata görə mən yenidən əməliyyat olunmalıydım. Amma hər dəfə bir iş çıxır, əməliyyata getmirdim. Nəhayət, gözlənilən əməliyyat bu günlərdə keçirildi. Əməliyyat çox rahat və gözəl şəraitdə keçdi. Klinikaya atdığım ilk addımdan etibarən həm həkimlərdən, həm də xəstələrdən böyük qayğı gördüm. Klinikanın bütün heyətinin hörmət və qayğısı ilə əhatə olundum. Mən klinikanın baş həkiminə, əməliyyat aparan Dilqəm həkimə minnətdarlığımı bildirirəm. Və xüsusi qeyd etmək istəyirəm ki, əməliyyat təmənnasız həyata keçirildi. Məndən bir qəpik də pul almadılar. Çox sevinirəm ki, millətimiz sənətkara hörmət hissini itirməyib". Flora Kərimova bildirdi ki, klinikada ona özünə və qızına həsr olunmuş "Nigaranam" adlı kitab da hədiyyə olunub. Kitabın müəllifi Ceyhun Lətafətdir. Sənətçi əməliyyat olunduğunu övladlarından və qohumlarından gizlətdiyini də deyib: "Düzdür, əməliyyatdan o qədər də qorxmurdum, amma bunu övladlarımdan və qohum-əqrəbamdan gizlətdim. Mətbuatdan oxuyandan sonra hamısının xəbəri olacaq. Yeri gəlmişkən, mən bütün mətbuat işçilərinə, məni yubileyim münasibətilə təbrik edən hər kəsə də öz təşəkkürümü bildirirəm". Hər iki gözünün alt və üst qapağında əməliyyat keçirən F.Kərimova onu da qeyd edib ki, şiş çəkilənə, gözləri təbii halını bərpa edənə qədər hələ bir müddət eynəklə gəzəcək: "Amma sonra eynəyimi çıxaracam. Çünki özüm də gözlərim üçün darıxmışam". Qeyd edək ki, bu, Flora Kərimovanın gözlərində aparılan sayca üçüncü əməliyyatdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xalq şairi Zəlimxan Yaqubun xəstə böyrəyi çıxarılıb

Vaqif Səmədoğlu Ankarada əməliyyat olunub

Böyük Vətən müharibəsinə fərqli baxış

Poçtlar maliyyə strukturuna çevrilir

Maliyyə əməliyyatları nəzarətə götürülür

Bölmənin digər xəbərləri
 
Abbas Bağırovun yay yenilikləri
İstəyir sanballı bir albom hazırlasın

Ülviyyə Könül: "18 yaşımda qucağımda uşaqla tək qalanda..."
Rejissor şəxsi həyatda uduzub, karyerada qazandığını deyir

Rus mahnısına Ukraynada klip çəkdirəcək
Rejissor əcnəbidir

Röya uğursuzluqdan bezib
Daha azərbaycanlı rejissorla işləməyəcək

Samiranın Ramazan ayında klip hədiyyəsi
Sənətçi dini mövzuda oxuyub

Sevda Ələkbərzadə özünü peşəkar sayır


Elşad Xosenin yeni repləri


Türkiyə Zamiqin həyatını dəyişib
İlhama gəlib, mahnı bəstələyib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər