Hal-hazırda Ayna qəzetinin 06.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Qoyun əti nəinki qonşu Gürcüstandan, Britaniyadan da bahadır
Qoyun əti nəinki qonşu Gürcüstandan, Britaniyadan da bahadır
Özü də dünya bazarında ucuzlaşma getdiyi bir vaxtda...
Şənbə, 06.08.2011

Banu mətn ölçüsü  

Bir sıra ərzaq məhsullarında qiymət artımı müşahidə edilməkdədir. Son zamanlar paytaxt mağazalarında və topdansatış məntəqələrində qəndin, şəkər tozunun qiyməti 15 faizədək bahalaşıb. Buna paralel iyun ayında diri heyvan və heyvandarlıq məhsullarının da qiymətləri 0,1 faiz qalxıb. Artımlar şəkər tozunda olduğu kimi, istehsalçı qiymətlərinin 3,5 faiz artması nəticəsində baş verib. Diri heyvan və heyvandarlıq məhsullarından iribuynuzlu mal-qaranın istehsalçı qiymətləri 3,2 faiz, inəyin 0,4 faiz, erkək buzovun 0,9 faiz, ana qoyunun 0,3 faiz, inək südünün istehsalçı qiymətləri 16,2 faiz, diri balığın istehsalçı qiymətləri 2,0 faiz bahalaşıb. Bu tendensiyaya münasibət bildirən iqtisadçı-alim Vüqar Bayramov deyir ki, Azərbaycanın ərzaq bazarında gedən prosesin əksinə dünya bazarında ucuzlaşma müşahidə edilməkdədir. Onun qənaətincə, bizim ölkədə bir sıra məhsulların bahalaşması qiymətlərin bazar tərəfindən tənzimlənmədiyindən xəbər verir. Bahalaşan məhsulların əksər hissəsinin xaricdən idxal edildiyini və xarici ölkələrdə qiymət artımlarının baş vermədiyini nəzərə alsaq, o zaman son qiymət artımları sünidir. Son bir neçə ayda şəkər tozunun qiyməti 15 faiz artıb. Halbuki dekabrın sonunda dünya bazarında şəkər tozu 62 sent, iyulun 1-də isə 53 sent olub. Yəni son 6 ayda dünya bazarında şəkər tozunun qiyməti 15 faiz ucuzlaşıb.

Yayda ət məhsullarının bahalaşmasına gəlincə, V.Bayramov bu məhsulun da dünya bazar qiymətlərində artım olmadığını qeyd edir:

"Böyük Britaniyada qoyun ətinin qiyməti 4,60 man, qonşu Gürcüstanda isə 3 manat təşkil edir. Azərbaycanda isə bu rəqəm... 8 manata yaxındır. Ölkədə ərzaq məhsullarının qiymətləri ilə digər ölkələrdəki qiymətlərin müqayisəsi göstərir ki, artım sünidir. Heç bir halda qiymət qonşu ölkədəki qiymətdən 2,5 dəfə çox ola bilməz".

O hesab edir ki, İİN süni qiymət artımlarına qarşı mübarizəni genişləndirməlidir. O bildirir ki, bahalaşma əməkhaqqı artımlarından əvvəl baş verib:

"Bu ondan xəbər verir ki, Azərbaycanda büdcədən maliyyələşən işçilərin əməkhaqlarında artım olacaq. Əməkhaqqı artımlarından sonra qiymətlərin yenidən bahalaşması gözləniləndir. Sentyabr ayından digər məhsullar da bahalaşa bilər. Nəticədə 2011-ci ildə ciddi inflyasiya qeydə alınacaq".

İqtisadçı cari ildə inflyasiyanın 15 faizdən çox proqnozlaşdırıldığını vurğulayır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ərzaq məhsulları bahalaşıb

Quşçular dəstək və beş il vaxt istəyir

İqlim dəyişikliyi qiymətləri bahalaşdıracaq

Dünyada uculaşma, bizdə isə bahalaşma

Qızıl bahalaşmaqda davam edəcək

Bölmənin digər xəbərləri
 
"Koroğlu" MMC-də nə baş verir?
Əgər bu deyilənlər doğrudursa...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər