Hal-hazırda Ayna qəzetinin 06.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
"Koroğlu" MMC-də nə baş verir?
"Koroğlu" MMC-də nə baş verir?
Əgər bu deyilənlər doğrudursa...
Şənbə, 06.08.2011

mətn ölçüsü  

"Koroğlu" MMC faktiki olaraq əməkdaşlarına qarşı ən çirkin şantaj, işgəncə, təhqir metodlarından istifadə edən mütəşəkkil cinayətkar qrupdur. Bu kəskin bəyanatla Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında hüquqşünas Məcid Quliyev çıxış edib. O, adıçəkilən qənnadı məmulatları müəssisəsinin keçmiş əməkdaşı Natiq Məmmədovun nümayəndəsidir. Məmmədov və şirkətin bir qrup keçmiş əməkdaşları hüquqşünasın sözlərini təsdiq ediblər ("Turan").

Onların sözlərinə görə, müəssisə şəbəkə marketi prinsipi ilə işləyir: məhsul firma nümayəndələri tərəfindən ölkə rayonlarında ticarət şəbəkəsinə yayılır. Bir müddət sonra firma öz nümayəndələrindən şəbəkəyə təqdim edilmiş məhsulun, o cümlədən satılmamış malların pulunu tələb edir.

N.Məmmədov başına gələn bəlalardan danışıb. 2010-cu ilin avqustunda o, şirkətin Sabunçu rayonunda yerləşən ofisinə çağırılıb (metronun "Əzizbəyov" stansiyası və Bakıxanov qəsəbəsi arasındakı yol). Orada icraçı direktor Tahir Əliyevin iştirakı ilə ondan firmaya 20 min manat borcunu ödəməyi tələb ediblər. O, borcu olduğunu etiraf etməkdən imtina etdikdə onu amansızca döyüblər. Sonra çılpaq soyunduraraq, kamera ilə çəkib və müəssisə əməkdaşları arasında yayıblar. Bundan sonra ağır vəziyyətdə olan Məmmədovu məhsul verdiyi mağazalardan pul toplamaq üçün Şirvan şəhərinə aparıblar.

Növbəti gün onu yenidən şirkətin ofisinə çağırıblar, yenidən döyüb və çəkilmiş kadrları internetdə yayacaqları ilə hədələyiblər. Bundan sonra Məmmədov borcunu etiraf etməsi barədə kağız imzalayıb. İndi onu təqib edərək, bu pulları tələb edirlər.

Tusi adına klinikanın həkimləri tərəfindən onun beyni və daxili orqanlarının zədələndiyi təsdiq olunub. N.Məmmədov özü Türkiyəyə qaçmaq məcburiyyətində qalıb.

Məmmədovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət etməkdən qorxublar, belə ki, "Koroğlu" MMC onları müxtəlif dövlət orqanlarında yüksək vəzifəli himayədarları olduğu ilə hədələyirdi.

Yalnız bu ilin aprelində ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizə elan etməsindən sonra N.Məmmədovun anası Südabə Məmmədova oğlunun başına gələnlər barədə mətbuata danışmağı qərara alıb. DİN rəhbərliyi buna reaksiya verib və Sabunçu rayon polisinə faktları araşdırmağı tapşırıb. Lakin 12-ci polis bölməsi zərərçəkmişin şikayəti olmadığını əsas gətirərək, cinayət işi açmayıb.

Hüquqşünas Quliyevin sözlərinə görə, polisin əməlləri qanunsuzdur, belə ki, ağır cinayətlər törədildikdə cinayət işi açılması üçün zərərçəkmişin ərizəsinə ehtiyac yoxdur. Hüquqşünasın fikrincə, bu halda insan oğurluğu, hədələmə, döymə, işgəncə yolu ilə pul tələb etmə, qanunsuz həbsdə saxlamaq kimi bir sıra ağır cinayətlər törədilib.

N.Məmmədov Bakıya 10 gün əvvəl qayıdıb, bundan sonra Azərbaycan prezidentinə, baş prokurora, DİN rəhbərinə rəsmi şikayətlər göndərilib.

Şirkətin digər keçmiş əməkdaşı Elgün Teymurov da bənzər səbəblərlə döyüldüyünü deyib. Bundan başqa, onun atasını bir müddət girov kimi şirkətdə saxlayıblar.

Şirkətin daha bir əməkdaşı Mirrəhim Qənizadənin də atasının və əmisi oğlunun başına eyni şey gəlib. Qənizadə öz avtomobilini şirkətin "cəza qrupu"nun üzvlərindən birinin adına keçirdikdən sonra onları buraxıblar.

O digər əməkdaşların bütün kollektivin gözü qarşısında döyülməsinin və təhqir edilməsinin şahidi olduğunu təsdiq edib. Qənizadənin sözlərinə görə, ofisdə insanların girov tutulması və döyülməsi üçün istifadə olunan xüsusi otaqlar var.

"Koroğlu" MMC ilə əlaqə yaratmaq mümkün olmayıb. Maraqlıdır ki, şəhərin sorğu xidmətində bu şirkətin telefon nömrələri yoxdur. Əgər bu deyilənlər doğrudursa... Biz belə şeyləri üçüncü dünya ölkələrinin reallıqları olaraq kinolarda görmüşdük.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Qoyun əti nəinki qonşu Gürcüstandan, Britaniyadan da bahadır
Özü də dünya bazarında ucuzlaşma getdiyi bir vaxtda...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər