Hal-hazırda Ayna qəzetinin 06.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Tehranın yasaq yenilikləri
Tehranın yasaq yenilikləri
Yəhudi konqresi: \"İranı olimpiadaya buraxmayın\"
Şənbə, 06.08.2011

S.Sədrəddin mətn ölçüsü  

Dünyada İran "yasaqlar ölkəsi" adı ilə şöhrət tapıb. Vaxtaşırı dünyanı şaşırdan yasaqlardan xəbər tuturuq. Məsələn, "Daily Telegrarh"ın məlumatına görə, İranın ali rəhbəri Əli Xamneyi nəşriyyat rəhbərləri və kitabxanaçılarla görüşündə oxunulası kitablardan danışarkən deyib ki, "bütün kitablar yaxşı deyil. Onların bəziləri ziyanlıdır" və "sətiraltı, qapalı şəkildə fikirlər yayan müəyyən siyasi kitablardan" ehtiyatlı olmaq vacibdir. Ayətulla Xamneyi bir sıra kitabları "öldürücü narkotik maddələr" adlandıraraq deyir: "Biz insanlara yalnız yaxşı və faydalı kitabları verməliyik".

Bu ölkədə kitabların çapına İslam İrşadı və Mədəniyyət Nazirliyi icazə verir. Onların özəl icazəsi olmadan İran və xarici ölkələrin yaradıcılıq örnəkləri işıq üzü görmür. Son illər İslam Respublikasında dünyanın tanınmış yazıçıları Ceyms Coys, Qabriel Qarsiya Markes, Kurt Vonnequt, habelə Paolo Koelyonun romanları yasaqlanıb. Əslində indiki informasiya texnologiyası çağında kitab yasaqlamaq, yumşaq desək, gülüş doğurur.

Bu ölkədə Azərbaycan türkcəsinə yasaqları da İran rəhbərliyi islam adı ilə tətbiq edir. Bir müddət öncə İranın Mədəniyyət Nazirliyinin saytında şirkətlərin istifadəsi üçün yasaqlanmış türk sözləri və adlarının siyahısı yerləşdirilmişdi:

"Biz mağaza şüşələrində, ad lövhələrində, malların qablaşdırılmasında və s. bu kimi sahələrdə səlahiyyətli orqanlar, o cümlədən bələdiyyə, polis, fars dili və ədəbiyyatı qurumu, eləcə də şirkətləri qeydə alan idarələrlə əməkdaşlıq edərək, qeyri-farsların dillərindən istifadə edilməsinə imkan verilməməsi haqda razılıq əldə etmiş və buna çalışırıq". Bu yasaq sözlərdən bir neçəsi: "Alma", "alış", "ana", "ay", "aylar", "aynaz", "barlı", "taysız", "dadlı".

Bu günlərdə isə İran rəhbərliyi "Google+" yeni ictimai şəbəkəsinin ölkə ərazisində yayılmasını "ABŞ-a xidmət edən casus şəbəkəsi" adlandıraraq yasaqlayıb. İki həftə öncə hakimiyyət İslam Respublikasına sərf etməyən minlərlə yeni vebsaytlara süzgəc sistemi qoyulmasını gücləndirib. Hazırda 5 milyon internet resursu, o cümlədən Bi-Bi-Si, Si-eN-eN ölkədə yasaqlanmış informasiya vasitələridir. İran ərazisində "Facebook" və "Twitter" mikrobloqu kimi məşhur ictimai şəbəkələrə bloklar qoyulub.

Hələ iyunda ABŞ "Çamadan internet" layihəsinə başladığını elan etmişdi. Vaşinqton düşünür ki, bu layihə Suriya, Liviya və İranda ictimai, siyasi vətəndaşlara yardım məqsədi ilə həyata keçirilir. İranın ETTELAAT naziri Heydər Müslehinin sözlərinə görə, bu, ABŞ-ın yeni "casus kiber savaşıdır". "Biz ABŞ-ın uyğun belə fəaliyyətini öncədən anlamışdıq. Ona görə də bu sistemə uyğun mübarizə üsulu hazırladıq"- deyə iddia edib.

"Amerikanın səsi"nin məlumatına əsasən, Tehran Universiteti və Əmir Kəbir adına Universitetin rəhbərləri Güney Azərbaycan türk tələbələrinə türk və fars dillərində qəzet nəşr etməyə icazə vermir. Universitet rəsmiləri "Öyrənci","Elçi" və "Öyrənci baxışı" qəzetlərinin Azərbaycan türkcəsi ilə çapını yasaqlayıb. Hakimiyyət təmsilçiləri bu nəşriyyələrin yalnız farsca çıxmasına razılıq verib.

Bu qəzetlər 1990-2007-ci illərdə iki dildə çap olunub. Əhmədinejad prezident olandan sonra onların nəşrinə yasaq qoyulub.

Bu əcaib "yasaqlama" siyasəti ölkənin adi vətəndaşlarının davranışına da sirayət edib və bəzən ifrat şəkil alır. "MIGsrort"-un məlumatına əsasən, iranlı üzgücü Məhəmmədəli Rzai Pekində dünya üzgüçülük yarışında brass üsulu ilə 100 metr məsafəyə üzmə mərhələsində iştirakdan imtina edib. İranın idman rəsmisi bildirib ki, Rzai birdən "qarın boşluğunda kəskin ağrılar olduğunu söyləyib". Ancaq bunun gerçək səbəbini bilənlər bilir. Məsələ burasındadır ki, İsraildən olan idmançı Qal Nevo da Rzai ilə birlikdə üzməli imiş. İranlı üzgüçü nə etdiyini bilirmiş. Baş verən olay onun davranışında ikincidir. Hələ Pekin yay olimpiadasında da M.Rzai İsraildən olan idmançı ilə bir hovuzda yarışmaq istəmədiyini söyləmişdi...

İndi Dünya yəhudi konqresi İranı olimpiya oyunlarından və başqa beynəlxalq idman yarışlarında iştirakdan məhrum etməyə çağırır. Qurum bildirib ki, İslam Respublikasından olan idmançılar İsraildən olan həmkarlarını "təhqir etməyi dayandırmayanadək" onları mötəbər beynəlxalq yarışlara buraxmaq olmaz. Konqresin başçısı Ronald Lauder iranlı idmançının son hərəkətini "idmançıya yaraşmayan davranış" adlandıraraq, onu "antisemitizmdə" suçlayıb:

"İran hakimiyyətinin idman yarışlarını dəfələrlə siyasiləşdirməsi biabırçılıqdır. Bu ölkənin idmançılarını gələn il London olimpiadası kimi mötəbər beynəlxalq yarışa buraxmamağın zamanı çatıb".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İran hakimiyyətinin legitimlik problemi

Ayətulla Müntəziri ayətulla Xamneyiyə qarşı

Obama Xamneyiyə ikinci bir məktub göndərib

İran: siyasi məhbus problemi gündəmdə

"Müsəlman qardaşlar"dan Xamneyiyə cavab:

Bölmənin digər xəbərləri
 
Milli valyuta rialın adı dəyişir
Ondan dörd sıfır atılacaq

Prezidentin namizədlərinə etimadsızlıq
Parlament müqavimət göstərir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər