Hal-hazırda Ayna qəzetinin 30.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qidadan zəhərlənmə riski artıb
Keyfiyyətsiz sərinləşdiricilər istehsalı davam edir
Şənbə, 30.07.2011


İLKİN
mətn ölçüsü  

"Bu gün ölkədə qida zəhərlənməsi daha çox gübrə ilə yetişdirilən qarpız və digər bostan məhsullarından qaynaqlanır". Bunu Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Havaların kəskin isti keçməsi ilə bağlı qidadan zəhərlənmə riskinin artdığını etiraf edən Elsevər Ağayev eyni zamanda qeyd edib ki, indi ölkədə qida zəhərlənməsinə görə ciddi ajiotaj yoxdur: "Səhiyyə Nazirliyi vəziyyətə nəzarət edir". Nazir müavini deyib ki, mümkün fəsadlardan yayınmaq üçün insanlar təlimatlandırılır, tibbi müəssisələrə lazımi tapşırıqlar verilib.

Xırdalan şəhərində isə keyfiyyətsiz sərinləşdiricilər istehsalı ilə məşğul olan müəssisəyə 7,6 min manat maliyyə sanksiyası tətbiq edilib. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 50 ünvanında "Cem" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Bonjus" və "Lili" əmtəə nişanlı aromatlaşdırılmış sərinləşdirici içkilərin müvafiq reseptura olmadan istehsal edilməsi, "Lili" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilməməsi, habelə "Bonjus" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketlərində saxlama temperaturunun və qida dəyərində üzvi turşuların miqdarının qeyd edilməməsi səbəbindən "Cem" MMC barəsində İİN Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və haqsız rəqabət haqqında qanunun tələblərini pozduğuna görə "Cem" MMC-yə 7,6 min manat maliyyə sanksiyası tətbiq edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sumqayıtda kütləvi zəhərlənmə

Səfir Boris Klimçuk: "2009 ikitərəfli münasibətlərdə uğurlu il oldu"

Keçmiş səfir Boris Klimçuk: "GUAM - faydalı təşkilatdır"

Toyuq dönərinə qoyulan qadağa qüvvədədir

Məktəb bufetləri niyə "qapalı obyekt" olsun?

Bölmənin digər xəbərləri
 
Mədət Quliyev: "İstəyirəm ki, məhbuslar üçün ofis şəraiti yaradılsın"
Bu sferada yeniliklər gözlənilir

Hər diplom Azərbaycanda tanınmayacaq
Məsələn, xarici tibbi təhsil ocaqlarından alınmış diplomlar...

"Google" veb-saytların yüklənmə sürətini 60%-dək artıracaq
Qiymətlər isə əlçatan səviyyədə olacaq

Orduda itkilər rekord həddə
Bu hal hərbi islahatların düzgün aparılmadığının göstəricisidir

Avqustun 1-dən orucluq ayı başlanır
Ruhani İdarəsi oruc tutanlar üçün xüsusi cədvəl hazırlayıb

Hərbi prokurordan açıqlamalar
Soyqırım cinayəti üzrə 287 şəxs barədə axtarış verilib

"İnternet tarifləri aşağı salınmasa..."
Əli Abbasovdan provayderlərə son xəbərdarlıq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər