Hal-hazırda Ayna qəzetinin 30.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Hərbi prokurordan açıqlamalar
Hərbi prokurordan açıqlamalar
Soyqırım cinayəti üzrə 287 şəxs barədə axtarış verilib
Şənbə, 30.07.2011

mətn ölçüsü  

Bakının Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və daha bir neçə rayonunun hərbi komissarları barəsində cinayət işi başlanıb. Bu barədə dünən Respublika Hərbi Prokurorluğunda kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev danışıb. O qeyd edib ki, hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı cinayət işləri başlanıb və istintaqı davam etdirilir.

Açıqlanan rəqəmlərə görə, Respublika Hərbi Prokurorluğunun təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 73 yoxlama keçirilib, nəticədə 965 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 166 təqdimat göndərilib, 68 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 58 yazılı göstəriş verilib. Ötən müddət ərzində Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb.

Xanlar Vəliyev bildirib ki, hərbi prokurorluq orqanları "mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə" qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib, bu da mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.

Xanlar Vəliyev bildirmişdir ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri əməllərlə bağlı başlanmış cinayət işləri üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu sıradan Xocalı, Qaradağlı, Meşəli, Bağanıs-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunaraq cinayət işi üzrə 287 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Soyqırım cinayətinin tanıdılmasına hüquqi dəstək

Bağanıs Ayrım soyqırımı barədə kitab

Ordunun döyüş qabiliyyəti xeyli yüksəlib

ABŞ-da Xocalı Anım Həftəsi keçiriləcək

Xocalı soyqırımından 19 il ötür

Bölmənin digər xəbərləri
 
Mədət Quliyev: "İstəyirəm ki, məhbuslar üçün ofis şəraiti yaradılsın"
Bu sferada yeniliklər gözlənilir

Hər diplom Azərbaycanda tanınmayacaq
Məsələn, xarici tibbi təhsil ocaqlarından alınmış diplomlar...

"Google" veb-saytların yüklənmə sürətini 60%-dək artıracaq
Qiymətlər isə əlçatan səviyyədə olacaq

Orduda itkilər rekord həddə
Bu hal hərbi islahatların düzgün aparılmadığının göstəricisidir

Avqustun 1-dən orucluq ayı başlanır
Ruhani İdarəsi oruc tutanlar üçün xüsusi cədvəl hazırlayıb

"İnternet tarifləri aşağı salınmasa..."
Əli Abbasovdan provayderlərə son xəbərdarlıq

Qidadan zəhərlənmə riski artıb
Keyfiyyətsiz sərinləşdiricilər istehsalı davam edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər