Hal-hazırda Ayna qəzetinin 30.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Avqustun 1-dən orucluq ayı başlanır
Avqustun 1-dən orucluq ayı başlanır
Ruhani İdarəsi oruc tutanlar üçün xüsusi cədvəl hazırlayıb
Şənbə, 30.07.2011


Safurə MƏLİKQASIMOVA
mətn ölçüsü  

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) Qazılar Şurası Müqəddəs Ramazan ayı ilə bağlı fətva verib. Bu məqsədlə iyulun 28-də QMİ-də toplantı keçirilib. Bildirilib ki, Ramazan ayının ilk günü avqustun 1-də başlayır və iyulun 31-i niyyət gecəsidir. QMİ oruc tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb.

Ramazan ayı 11 ayın sultanı, Qurani-şərifin nazil olduğu aydır. Bu ayda müsəlmanların borcu oruc tutmaqdır. Ramazan bayramının məqsədlərindən biri müsəlmanların bir yerə toplaşması, bir yerdə namaz qılıb, ibadət etməsidir. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar iftar süfrəsində bir yerə yığışırlar. Bu ayın özəlliklərindən biri də müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrəbaların görüşməsi, arada inciklik varsa, barışmasıdır. Bayramda yoxsul, kasıb müsəlmanlar da sevinməli, bayramı digərləri kimi keçirməlidir. Bunun üçün imkanlı şəxslər bacardıqları qədər yoxsullara, ehtiyacı olanlara əl tutmalıdır. Buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayram edə bilsinlər.

Orucluq bir ay davam edir. Bu ayda xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdır. Oruc tuta bilməyənlər isə hər günün əvəzində bir yoxsulu doyduracaq qədər fidyə verməlidir. Həm oruc tutub, həm fidyə vermək daha xeyirxah əməl sayılır.

Ramazan ayı insanlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir. Onları xeyirxahlığa, ədalətə, mehribanlığa səsləyir. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunur. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidir. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Bu il fitr bayramı miladi təqvimlə avqustun 30 və ya 31-nə təsadüf edəcək. Həmin gün İslam aləmində böyük bayram günü hesab olunur və müsəlmanlar bir-birini təbrik edir, vəfat edənlərin qəbri ziyarət olunur. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Bu ayda insanlar qəbul etdikləri qidalara xüsusi diqqət yetirməlidir. Ağır yeməklərdən uzaq olmalı, xüsusilə toyuq və balıqdan hazırlanan yeməklərə, sulu və yüngül yeməklərə üstünlük verməlidirlər. Günün qızmar saatlarında çölə çıxmaq da sağlamlıq üçün təhlükə yarada bilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bahalaşma süni yolla yaradılır

Sənətçilərin çoxu bu ay ac qala bilməyib

"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiri

Leyla Ramazanova qısqanclıqla barışa bilmir

Bölmənin digər xəbərləri
 
Mədət Quliyev: "İstəyirəm ki, məhbuslar üçün ofis şəraiti yaradılsın"
Bu sferada yeniliklər gözlənilir

Hər diplom Azərbaycanda tanınmayacaq
Məsələn, xarici tibbi təhsil ocaqlarından alınmış diplomlar...

"Google" veb-saytların yüklənmə sürətini 60%-dək artıracaq
Qiymətlər isə əlçatan səviyyədə olacaq

Orduda itkilər rekord həddə
Bu hal hərbi islahatların düzgün aparılmadığının göstəricisidir

Hərbi prokurordan açıqlamalar
Soyqırım cinayəti üzrə 287 şəxs barədə axtarış verilib

"İnternet tarifləri aşağı salınmasa..."
Əli Abbasovdan provayderlərə son xəbərdarlıq

Qidadan zəhərlənmə riski artıb
Keyfiyyətsiz sərinləşdiricilər istehsalı davam edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər