Hal-hazırda Ayna qəzetinin 30.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Hər diplom Azərbaycanda tanınmayacaq
Məsələn, xarici tibbi təhsil ocaqlarından alınmış diplomlar...
Şənbə, 30.07.2011

mətn ölçüsü  

Rezidentura tətbiq edilənə qədər başqa ölkələrdə tibbi təhsil almış tələbələrin diplomları Azərbaycanda tanınacaq. Ancaq bu, müəyyən müddətdən sonra baş verəcək (APA). Bu açıqlama-xəbərdarlığı səhiyyə nazirinin müavini Elsevər Ağayev səsləndirib. Nazir müavini vurğulayıb ki, bu mərhələdən sonra xaricdəki tibbi təhsil ocaqlarında müəyyən ixtisaslara yiyələnmiş şəxslərin diplomları tanınmayacaq. Elsevər Ağayev bunu Azərbaycanın özünün müstəqil və konseptual təhsil sisteminə üstünlük verməsi ilə əsaslandırıb:

"Azərbaycan artıq yeni təhsil sisteminə keçib və cari ilin sentyabr ayında rezidenturaya imtahanlar keçiriləcək". Onun sözlərinə görə, rezidentura imtahanlarına həm Səhiyyə Nazirliyi, həm də Nazirlər Kabineti tam hazırdır.

Bundan başqa, ali məktəblərə qəbul imtahanlarının getdiyi bir məqamda lazımi bal toplaya bilməyənlərə xaricdən təkliflər edilir. Öz növbəsində TQDK sədri Məleykə Abbaszadə valideynlərə xəbərdarlıq edir: "Ukraynada, Türkiyədə, Rusiyada Azərbaycan abituriyentlərini özünə çəkən dələduzlar var". Abbaszadə sözlərinə əlavə edir: "Ukrayna universitetləri bizim abituriyentlərin ovuna çıxıb" (APA).

Abbaszadə qeyd edib ki, Ukraynada, Türkiyədə, Rusiyada Azərbaycan abituriyentlərini özünə çəkən dələduzlarla rəftarda valideynləri ehtiyatlı olmağa çağırıb:

"Mənim telefonuma belə bir mesaj gəlib. Mesajda yazılıb ki, Türkiyə universitetində imtahansız ali təhsil almaq mümkündür. Yəqin ki, bu mesaj başqalarının da telefonuna gəlib. Oxuyub güldüm. Hər kəs bilir ki, Türkiyə ali təhsil ocaqlarına qəbul olmaq nə qədər çətindir. Belə olan halda, necə ola bilər ki, Bakıdan Türkiyə universitetinə qəbul bu qədər asan ola bilər?".

Məleykə Abbaszadə bildirib ki, xaricdə ali məktəb adı altında təqdim olunan məktəblərin çoxu əslində adi kurslardır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yenə də diplom satanlar tutuldu

Qaliblər ali məktəblərə imtahansız qəbul olunacaq

TQDK-ya 22 Avropa və dünya çempionu müraciət edib

TQDK iyunun 20-də iki imtahan keçirəcək

103 abituriyent prezident təqaüdünə layiq görülüb

Bölmənin digər xəbərləri
 
Mədət Quliyev: "İstəyirəm ki, məhbuslar üçün ofis şəraiti yaradılsın"
Bu sferada yeniliklər gözlənilir

"Google" veb-saytların yüklənmə sürətini 60%-dək artıracaq
Qiymətlər isə əlçatan səviyyədə olacaq

Orduda itkilər rekord həddə
Bu hal hərbi islahatların düzgün aparılmadığının göstəricisidir

Avqustun 1-dən orucluq ayı başlanır
Ruhani İdarəsi oruc tutanlar üçün xüsusi cədvəl hazırlayıb

Hərbi prokurordan açıqlamalar
Soyqırım cinayəti üzrə 287 şəxs barədə axtarış verilib

"İnternet tarifləri aşağı salınmasa..."
Əli Abbasovdan provayderlərə son xəbərdarlıq

Qidadan zəhərlənmə riski artıb
Keyfiyyətsiz sərinləşdiricilər istehsalı davam edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər