Hal-hazırda Ayna qəzetinin 30.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bizim potensial müştərilərə ismarış:
Bizim potensial müştərilərə ismarış:
Rusiya bizdən qazı başqalarından yaxşı qiymətə alır
Şənbə, 30.07.2011

A.Akif mətn ölçüsü  

Azərbaycanla Rusiya arasında Bakı-Novorossiysk kəməri üzrə əlavə neftin nəqli və qaz göndərişinin artırılması ilə bağlı müzakirələr başlanıb. Rusiyaya mavi qaz ixracının 3 mlrd. kubmetrə çatacağı gözlənir.

Rusiyaya qaz ixracı ötən il yanvarın 1-dən gerçəkləşdirilir. Azərbaycanla Rusiya arasında qaz alqı-satqısı barədə ortamüddətli müqavilə 14 oktyabr 2009-cu ildə Bakıda ARDNŞ və Qazprom arasında imzalanıb. Müqavilə 2010-2014-cü illəri əhatə edir. Sənəddə Azərbaycan tərəfinin hər il Rusiyaya azı 500 milyon kubmetr həcmində qaz ixrac etməsi nəzərdə tutulur. Yeri gəlmişkən, müqavilədə qaz ixracı həcminin ən yüksək həddi göstərilməyib. Ancaq ilk vaxtlar ixrac 0,5 mlrd. kubmetr olsa da, sonradan ixracı artırmaq haqqında razılıq vardı.

Hazırda Rusiyaya 2 milyard kubmetr qaz ixrac edirik. Halbuki mavi qazın ixracı ilə bağlı ilkin anlaşma zamanı ixrac 0,5 mlrd. kubmetr nəzərdə tutulmuşdu. Sonradan ixracat 1 mlrd. kubmetrə, 2011 ildə isə 2 mlrd. kubmetrə çatdırıldı. Yəni anlaşma imzalandıqdan sonra mavi qaz ixracı 4 dəfə artırılıb.

REKLAM

Son müzakirələrin nəticəsi olaraq ixracın 3 mlrd. kubmetrə çatdırılacağı güman edilir. Bununla da Rusiyaya qaz ixracı 6 dəfə artırılmış olacaq.

Ekspert Vüqar Bayramov bildirir ki, Rusiyaya mavi qaz ixracının artırılması Azərbaycan üçün bir neçə aspektdən əhəmiyyətli olacaq:

"Əvvəla, Rusiya Azərbaycan mavi qazına ən çox pul verən ölkədir. Belə ki, hər kubmetrə 240 dollar ödəyir. Müqayisə üçün deyim ki, Gürcüstan mavi qaz satışı üçün Azərbaycana 170 dollar, Türkiyə isə hazırda qüvvədən düşən müqaviləyə əsasən 1000 kubmetrə 120 dollar ödəyir. Hələlik bu rəqəmin dəyişdiyi ilə bağlı bilgi yoxdur. Bütün hallarda Rusiya Azərbaycan mavi qazını ən baha alan ölkədir".

İqtisadçının dediyinə görə, Rusiyaya ixracın artırılması bizdən mavi qaz alan ölkələrə ismarışdır. AB Nabucco layihəsində maraqlıdır, bu layihənin və ya hansısa Transxəzər kəmərin gerçəkləşəcəyi halda, Azərbaycana öz qazını daha yüksək qiymətə satmaq imkanı yaranır. Ötən il Azərbaycan 29 mlrd. kubmetr mavi qaz hasil edib. 2011-ci ildə qaz hasilatının təxminən 2 mlrd. kubmetr də artacağı proqnozlaşdırılır. "Şahdəniz-2" fazası istifadəyə verildikdən sonra birinci mərhələdə mavi qaz hasilatının 45 mlrd. kubmetrə qədər artacağı, daha sonra 60 milyard kubmetrə çatdırılacağı planlaşdırılır.

V.Bayramov Rusiya mavi qaz ixracatının artırılmasının Azərbaycan üçün siyasi baxımdan müəyyən dividentlər gətirdiyini vurğulamaqla yanaşı, müəyyən problemlər yaratdığını da istisna etmir:

"İxracın həcminin artması regional məsələlərdə Azərbaycana Moskvanın dəstəyini qazanmağa imkan versə də, bu, Qərblə münasibətlərə əks təsir göstərə bilər. Doğrudur, hələlik Rusiyaya ixrac artırılsa da, bunun Qərblə münasibətlərə təsirini minimumlaşdırmaq üçün ciddi artımlara gedilməyib. Yəni 3 mlrd. kubmetr Avropanın ildə istədiyi 21 mlrd. kubmetrdən 7 dəfə azdır. Bütün hallarda Rusiya ilə mavi qaz əməkdaşlığının davam etməsi Azərbaycanın həm geosiyasi, həm də iqtisadi siyasətində dəyişiklikdən xəbər verir".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bəzi qəzetlər parlamentin adından reketçilik edir

Parlamentdə Elmar Hüseynovun qətlindən danışıldı

Dələduzluq və saxtakarlıq ittihamı ilə tutulub

Etimad İsmayılov 9 il iş aldı

Ərzaq məhsullarının qiyməti durmadan bahalaşır

Bölmənin digər xəbərləri
 
İqtisadi artım tempi düşür
Builki rəqəm MDB-də ən aşağı göstərici olacaq

Dövlət Taxıl Fondu tədarükə başlayıb
Fermerlərdən taxılın kiloqramı 23 qəpiyə alınır

"Migom" yanlışlığını düzəldib
Bir daha işğal altındakı ərazilərimizə pul köçürməyəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər