Hal-hazırda Ayna qəzetinin 30.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Yubiley çempionatı "Xəzər Lənkəran" (Lənkəran) - "Sumqayıt Şəhər" (Sumqayıt) oyunu ilə başlayacaq
İlk turun mərkəzi qarşılaşması isə Tofiq Bəhramov adına stadionda olacaq
Şənbə, 30.07.2011

İlham mətn ölçüsü  

Avqustun 6-da Azərbaycan Premyer Liqasında 2011/12 mövsümünün ilk oyunudur. Qəbələdə "Qəbələ" - "Bakı" matçı ilə növbəti Azərbaycan çempionatı start götürür.

Çempionatda 12 komanda - "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", AZAL, "İnter", "Bakı", "Qəbələ", "Kəpəz", "Turan", "Simurq", "Rəvan" və "Sumqayıt Şəhər" oynayır. Son iki komanda Premyer Liqamızın debütantıdır. "Rəvan" ötən mövsüm birinci divizionda ikinci olduğu üçün Premyer Liqada mübarizə aparacaq. I divizionun çempionu kimi güclülər dəstəsinə vəsiqə qazanan "Abşeron" isə Premyer Liqada oynamaqdan imtina etdiyindən onu Sumqayıt təmsilçisi əvəzləyib. Premyer Liqada çıxışını davam etdirməyi məqsədəuyğun saymayan Salyanın "Muğan" klubunun I divizionda oynayacağı ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciətinə də müsbət cavab verilib. PFL bu komandanın yerinə Zaqatalanın "Simurq" klubunun çıxış edəcəyinə icazə verib. Xatırladaq ki, bu əyalət komandası ötən mövsüm 11-ci yeri tutduğundan I diviziona düşməli idi.

İndiki 2011/12 mövsümünün püşkatması isə ötən həftə keçirilib. Tədbirdə Premyer Liqanı və kuboku keçirən Peşəkar Futbol Liqası (PFL) klub nümayəndələrinin iştirakı ilə ilk turda cütləri müəyyənləşdiriblər. Beləliklə, yeni çempionatın avqustun 6-7-də ilk turunda bu oyunlar keçiriləcək:

tur, 06 avqust (şənbə) "Xəzər Lənkəran" (Lənkəran) - "Sumqayıt Şəhər" (Sumqayıt)

"İnter" (Bakı) - "Turan" (Tovuz)

"Kəpəz" (Gəncə) - "Rəvan" (Bakı) 07 avqust (bazar)

"Qəbələ" (Qəbələ) - "Bakı" (Bakı)

"Simurq" (Zaqatala) - AZAL (Bakı)

"Neftçi" (Bakı) - "Qarabağ" (Ağdam) Sözsüz ki, yubiley - sayca 20-ci milli çempionatımızın ilk turunun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Bütün milli çempionatımızın iştirakçıları olan "Neftçi" ilə "Qarabağ" ardıcıl ikinci mövsümdür ilk turda mərkəzi arenada görüşürlər. Mövsümlərarası fasilədə heyətini xeyli gücləndirərək iddialarını artıran "Qəbələ" ilə "Bakı" arasında oyun da prinsipial olduğundan maraqla gözlənilir. Onu nəzərə alaq ki, bakılılar ötən mövsüm rəqibinin həm ilk "altılığ"a düşməsinə, həm də ölkə kubokunda yarımfinala yüksəlməsinə mane olub.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qara dəniz dövlətləri FHN-lərinin Bakı toplantısı

Qış Parkında işlər ləngiyir

Bakı-Tümen dəmiryolu xəttində parlayış

Prezident Bakının inkişaf planı ilə tanış olub

Erməni qadınlar Bakıya gəlmədilər

Bölmənin digər xəbərləri
 
Arzuolunmaz nəticə, ölən ümidlər
"Qarabağ"a 1:4 hesablı məğlubiyyətin əvəzini Bakıda çıxmaq o qədər də asan olmayacaq

"Neftçi"nin qənimi yenə üstün oldu
Qafqazın yeganə təmsilçisi "Zestafoni" adlı-sanlı rəqibə təslim olmadı

Tarix təkrarlanır: final "Marakana"da!
Görəsən, Ronaldo hansı komandaları Azərbaycana rəqib seçəcək?

Xavi, Messi, ya da Ronaldo...


Superliqanın başlama tarixi dəqiqləşdi




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər