Hal-hazırda Ayna qəzetinin 30.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Neftçi"nin qənimi yenə üstün oldu
"Neftçi"nin qənimi yenə üstün oldu
Qafqazın yeganə təmsilçisi \"Zestafoni\" adlı-sanlı rəqibə təslim olmadı
Şənbə, 30.07.2011

İlham mətn ölçüsü  

Bu həftə Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu. Maraq doğuran görüşlər içərisində "Dinamo" (Kiyev) - "Rubin", "Reyncers" - "Malmö", "Tvente" - "Vasluy" və "Benfika" - "Trabzonspor" və nəhayət, "Dinamo" (Zaqreb) - HİK qarşılaşmalarını qeyd etmək olar.

Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan "Tvente" və "Malmö" qələbə qazandıqları halda, "Dinamo" (Kiyev) gözlənilmədən öz meydanında "Rubin"ə 0:2 hesabı ilə məğlub olub.

Ötən mövsüm "Qarabağ"ın Avroliqanın III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı "Visla" (Polşa) klubu isə səfərdə Bolqarıstan "Liteks"inə qalib gəlməyi ilə diqqət çəkib.

Az əvvəl "Neftçi"ni mübarizədən kənarlaşdıran "Dinamo" (Zaqreb) klubu isə ötən mərhələdə 10:0 hesabı ilə qalib gəlməklə ÇL tarixinə ən böyük hesablı qələbənin səbəbkarı kimi düşən Finlandiya HİK-nin qonağı olub. Zaqreblilər daha bir mərhələ adlamağa çox yaxındırlar. Hər halda, finlərin səfərdəki cavab oyununda ən azı 2:0 hesabı ilə qalib gəlməli olduqlarını nəzərə alsaq, "Dinamo" qarşısında duran vəzifəni böyük ölçüdə həll edib.

Gürcüstan çempionu "Zestafoni" isə "Şturm"la ev oyununda hesabda irəli çıxsa da, az sonra buraxdığı qolla üstünlüyünü əldən verib. İndi gürcülər mərhələ keçmək üçün Avstriyadakı cavab görüşündə ən azı məhsuldar bərabərliyə nail olmalıdır. Təbii ki, "Trabzonspor" klubunun oyunu da futbolsevərlərimizin diqqət mərkəzində olub. Türkiyə vitse-çempionu Portuqaliyanın ən titullu klublarından olan "Benfika" ilə çətin səfər oyununa çıxıb. "Trabzonspor" Avroliqanın son mövsümündə yarımfinala kimi irəliləyən rəqibinə son 20 dəqiqədə təslim olub. Belə ki, həmin vaxt rəqibin müqavimətini qıraraq 2 qol vuran "Benfika" mərhələ adlamaq şansını yüksəldib. İndi "Trabzonspor" çılğın azarkeşləri qarşısında cavab oyununda mərhələ keçmək üçün böyük hesabla qalib gəlməlidir ki, bu, heç də asan olmayacaq. "Zestafoni" (Gürcüstan) - "Şturm" (Avstriya) - 1:1 Gelaşvili, 74 - Volf, 78. "Ekranas" (Litva) - BATE (Belarus) - 0:0 APOEL (Kipr) - "Slovan" (Slovakiya) - 0:0 "Liteks" (Bolqarıstan) - "Visla"(Krakov, Polşa) - 1:2 Vellinqton, 45 - Lamey, 19, Melikson, 76. "Dinamo" (Kiyev, Ukrayna) - "Rubin" (Rusiya) - 0:2 Kaseyv, 6, Natço, 68. "Genk" (Belçika) - "Partizan" (Serbiya) - 2:1 Vossen, 70, Ogunjimi, 90 - Tomiç, 65. "Reyncers" (Şotlandiya) - "Malmö" (İsveç) - 0:1 Larsson, 18. "Tvente" (Hollandiya) - "Vasluy" (Rumıniya) - 2:0 Janko, 34, 57.

HİK (Finlandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:2 Rinq, 14 - Rafinya, 19 (avtoqol); Sammir, 77 "Kopenhagen" (Danimarka) - "Şamrok Rovers" (İrlandiya) - 1:0 Ottesen, 4. "Odense" (Danimarka) - "Panatinaikos" (Yunanıstan) - 1:1 T. Reqiniussen, 90 - Leto, 47. "Makkabi" (Hayfa, İsrail) - "Maribor" (Sloveniya) - 2:1 Dvalişvili, 8-pen, Yampolski, 70 - Markos, 27. "Standart" (Belçika) - "Sürix" (İsveçrə) - 1:1 Qonsales, 90 - Mehmedi, 79. "Rusenborq" (Norveç) - "Viktoriya" (Çexiya) - 0:1 Pilarj, 33. "Benfika" (Portuqaliya) - "Trabzonspor" (Türkiyə) - 2:0 Nolito, 71, Qaytan, 88.

Qeyd edək ki, bu cütlüklər arasında cavab qarşılaşmaları avqustun 2-3-də keçiriləcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aktrisa Günel Məmmədova: "Mən teatr sənətinə gəlməyəcəkdim"

"Toska"da ukraynalı aktrisa oynayacaq

Bölmənin digər xəbərləri
 
Arzuolunmaz nəticə, ölən ümidlər
"Qarabağ"a 1:4 hesablı məğlubiyyətin əvəzini Bakıda çıxmaq o qədər də asan olmayacaq

Tarix təkrarlanır: final "Marakana"da!
Görəsən, Ronaldo hansı komandaları Azərbaycana rəqib seçəcək?

Yubiley çempionatı "Xəzər Lənkəran" (Lənkəran) - "Sumqayıt Şəhər" (Sumqayıt) oyunu ilə başlayacaq
İlk turun mərkəzi qarşılaşması isə Tofiq Bəhramov adına stadionda olacaq

Xavi, Messi, ya da Ronaldo...


Superliqanın başlama tarixi dəqiqləşdi




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər