Hal-hazırda Ayna qəzetinin 30.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
"İslam qaz kəməri" hansı pula çəkiləcək?
Gerçəklikdən çox arzu, yoxsa siyasi-iqtisadi blef?
Şənbə, 30.07.2011

S.Soltan mətn ölçüsü  

İranlıların qənaətincə, İranın Nabuccoya qoşulmaması (daha doğrusu, bu layihəyə yaxın buraxılmaması) layihə üçün "Axilles dabanı"dır. Onlara görə, İranın təbii qaz ehtiyatı 33,1 trilyon kubmetrdir. Nabuccodan kənarda qalan Tehran "mavi yanacağ"ı yeni bir xətlə Avropaya çıxarmaq niyyətindədir. İran, İraq və Suriya arasında bu layihəyə dair üçtərəfli görüşlərdən sonuncusunda "mavi yanacağ"ın ötürülməsinə, tranzitinə və ixracına dair layihənin ümumi prinsipləri ilə bağlı razılaşma əldə edilib. İyulun 25-də İranın Üsuliyyə şəhərində "Pars" özəl iqtisadi bölgəsində təbii qazın tranziti və ixracına dair İran, Suriya və İraq arasında ilk rəsmi anlaşma imzalanıb.

İranın "Cənubi Pars" yatağından qazı İraq, Suriya, Livan və daha sonra Aralıq dənizi sahilləri ilə Avropa bazarına çıxarmaq nəzərdə tutulur. Ələdə edilmiş razılaşmaya əsasən, 56 dyüm diametrində olan borular vasitəsi ilə 5,6 min km uzunluğundakı bu kəmərlə sutkada 110 milyon kubmetr qaz vurulacaq.

Bəyan edilir ki, "yetərincə maliyyə vəsaiti olacağı halda", 2013 və 2014-cü ildə bütün tərəflərin iştirakı ilə layihənin istimarına başlamaq mümkündür. Tehranın "islam kəməri" adlandırdığı bu xətlə 2020-ci ilədək İraq gündəlik 10 milyondan 15 milyonadək, Suriya 15-20 milyon, Livan isə 5-7 milyon kubmetr təbii qaz almaq istəyir. Ehtimal olunur ki, gündəlik 65-70 milyon kubmetr həcmində təbii qaz ixracı Avropa Birliyinin "mavi yanacağ"a olan tələbatını ödəyəcək.

İran mənbələri bu kəmərin Nabuccoya alternativ və ya rəqib olacağını gizlətmir. (Bakı-Ceyhan-Tbilisi əsas neft ixracı kəmərinin çəkilişi zamanı da İran və Rusiya hay-küy salmışdı). Ancaq məsələ sabitlikdə, istiqrarda və iqtisadi risk dərəcəsindədir. Layihəni gerçəkləşdirmək niyyətində olan tərəflər bu baxımdan şərtlərə cavab verirmi? - sual bundadır.

Atom-nüvə proqramı və insan haqları kimi məsələlərlə bağlı İran hakimiyyəti ciddi iqtisadi və siyasi sanksiyalara məruz qalıb. İraqda isə vəziyyət hələ də bu sayaq irimiqyaslı layihələr üçün sərfəli sayıla bilməz. Suriyada da siyasi istiqrar mövcud deyil. Livanda iranyönlülərin, Qərbin terrorçu olaraq tanıdığı "Hizbullah"ın hökumət başına gəlməsi bu ölkədə riskin böyüklüyünü təsdiqləyən faktorlardır.

Bundan başqa, kəmərin çəkilişinə 10 milyard dollar maliyyə vəsaiti lazımdır. Bu yatırımı kim qoyacaq? Özü də indiki əlverişsiz siyasi şəraitdə? İran mənbələrinin yaydığı "Avropanın bir sıra şirkətləri bu layihəni maliyyələşdirmək istəklərini artıq bildiriblər" xəbəri isə daha çox blefə bənzəyir. Belə bir şey ciddi olsaydı, həmin şirkətlərin adları açıqlanardı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bazar ertəsi "Nabucco" imzalanır

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

Bölmənin digər xəbərləri
 
Əhmədinejad azərbaycanlıları yenə təriflədi
Bu yağlı sözlər boşuna deyil

İran erməniləri yenə Urmiyaya toplayıb
Çünki Ermənistana möhtacdır...

İncəsənət Festivalında Azərbaycan türkləri təhqir olunub
20 nəfər məhkəmədə bəraət alıb

Torpağı qızıla bərabər Güney Azərbaycan...
İranlı mütəxəssis bölgənin maddi ehtiyatlarını qiymətləndirib

Qərbi Azərbaycanda qaçaqmalçı şəbəkə aşkarlanıb
Onlar əfqan narkotiklərini Avropa istiqamətində daşıyırlarmış



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər