Hal-hazırda Ayna qəzetinin 30.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran erməniləri yenə Urmiyaya toplayıb
İran erməniləri yenə Urmiyaya toplayıb
Çünki Ermənistana möhtacdır...
Şənbə, 30.07.2011

Sədi mətn ölçüsü  

Qərbi Azərbaycan əyalətinin Qarakilsə məntəqəsinə hər il dünya ermənilərinin "dini mərasimə" toplaşması bir adətə çevrilib. İyulun 21-də Qarakilsəyə "5 min xristian" (əslində erməni) gəlib. "İRNA"nın məlumatına əsasən, əyalətin Çaldıran rayonunda bununla bağlı əlaqələndirmə şurasının toplantısında rayonun rəhbəri Həmidrza Qulipur söyləyib.

Azərbaycandakı erməni kilsəsinin başçısı Meloyan Qərbi Azərbaycan əyaləti rəhbərliyinə himayəçiliyə görə təşəkkür edib. Keşiş saxtalaşdırılmış tarixdən və İslam Respublikası rəhbərliyinin etnik azlıqlara göstərdiiyi sayğıdan da danışıb:

"Qarakilsə kilsəsi Qərbi Azərbaycanda YUNESKO mədəni irs siyahısına düşmüş üçüncü tarixi abidədir. Ermənilər inanır ki, bu kilsənin yerində İsanın həvvarilərindən biri - Faddey dəfn olunub. Bu, İranda milli azlıqların haqqının qorunmasına bariz örnəkdir".

Ötən il iyulun 29-da Güney Azərbaycanın Urmiya şəhərində dünya ermənilərinin idman festivalının açılışı olmuşdu. 10 gün davam etmiş bu mərasim Urmiyanın Çarbaş məhəlləsində ermənilərə məxsus idman klubunda gerçəkləşdirilib. Festivalda Ermənistan, Livan, İran, İraq, habelə Avropa və Amerika ölkələrində yaşayan ermənilər iştirak etmişdi.

İranın Ermənistan səfiri Seyidəli Saqaian bildirib ki, Tehran Universiteti ilə İrəvan Universiteti arasında əldə edilmiş anlaşmaya əsasən, İran paytaxtanda Ermənişünaslıq Mərkəzi yaradılacaq. Bu tədbir "Ermənistan və İran İslam Respublikası arasında 2010-2013-cü illərdə elm, təhsil və texnologiyalar sahəsində əməkdaşlıq proqramı" çərçivəsində gerçəkləşdirilir.

Dünya Azərbaycanlılarının qurultayı keçirildikdən, yaxud dünya azərbaycanlıları ilə bağlı tədbirdən sonra bir qayda olaraq İran rəhbərliyi ermənilərə xoş münasibəti ilə bağlı bir mərasim təşkil edir. Tehran bununla Azərbaycan torpaqlarını işğal etmiş ermənilər vasitəsi ilə dünya azərbaycanlılarına acıq verdiyini zənn edir.

Bir müddət öncə erməni politoloqu Levon Məlik-Şahnazaryan belə bir bəyanatla çıxış etmişdi: "İranın Ermənistana Ermənistanın İrana möhtac olduğundan daha çox ehtiyacı var".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

"Azərbaycan bayrağı İst-river sahilində"

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Bölmənin digər xəbərləri
 
Əhmədinejad azərbaycanlıları yenə təriflədi
Bu yağlı sözlər boşuna deyil

"İslam qaz kəməri" hansı pula çəkiləcək?
Gerçəklikdən çox arzu, yoxsa siyasi-iqtisadi blef?

İncəsənət Festivalında Azərbaycan türkləri təhqir olunub
20 nəfər məhkəmədə bəraət alıb

Torpağı qızıla bərabər Güney Azərbaycan...
İranlı mütəxəssis bölgənin maddi ehtiyatlarını qiymətləndirib

Qərbi Azərbaycanda qaçaqmalçı şəbəkə aşkarlanıb
Onlar əfqan narkotiklərini Avropa istiqamətində daşıyırlarmış



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər