Hal-hazırda Ayna qəzetinin 23.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Sünnilər və şiələr qardaşdırsa...
Bəluclar məzhəbi ayrı-seçkiliyə son qoyulmasını istəyir
Şənbə, 23.07.2011

S.Sədi mətn ölçüsü  

İranda vətəndaşların dini inanclara və ya vicdan azadlığına görə təqib edilməsi, bu zəmində edamlar, ayrı-seçkilik gizli məsələ deyil. Bunlar öz yerində, hətta islam məzhəblərinin təmsilçiləri arasında da ayrı-seçkilik hökm sürür. Bu əcaib hal hakimiyyət təmsilçiləri tərəfindən də etiraf edilir. İş o yerə çatıb ki, Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imam cüməsi Molla Əbdülhəmid Came məscidindəki çıxışı zamanı ölkədə sünni məzhəbli vətəndaşlara qarşı təzyiqlərə, ayrı-seçkiliyə son qoyulmasını tələb edib.

Bu əyalətdə əsasən sünni məzhəbli və milliyyətcə bəluclar yaşayır. Molla Əbdülhəmid deyir: "Sünni məzhəbli bəluc xalqının ölkə rəsmilərindən gözlədiyi budur ki, məzhəb azadlığına, dini vəzifələrinin yerinə yetirilməsinə hörmətlə yanaşılsın və bu yolda əngəllər aradan qaldırılsın...

Şiələrlə sünnilərin biri-birinə qardaş olduğunu nəzərə alaraq, biz istəyirik ki, onlar arasındakı hüquq bərabərliyinə riayət edilsin və məzhəbindən asılı olmayaraq, hamıya bir gözlə baxılsın.

Sərhəd bölgələrində yaşayan biz sünnilər də bu vətən və ölkənin müdafiəsi uğrunda qurbanlar vermişik. Elə buna görə də sünnilərə qarşı ayrı-seçkiliyə son qoyulmasını umuruq.

Sünni əhalinin hakimiyyətdən istədiyi odur ki, onların da balaları silahlı qüvvələrdə işə götürülsün, öz vətən torpağını və müstəqilliyini müdafiə edə bilsinlər. İslam İnqilabının bərqərar olmasından 32 il keçsə də, təəssüflər olsun ki, tələblərimizin biri də yerinə yetirilməyib.

Yazıqlar olsun ki, rəsmilərimiz dildə iddia etdikləri qardaşlıq, ədalət və nisbi bərabərliyi bərqərar edə bilməyib. Biz sünnilər milli birlik, təhlükəsizliyimizin qorunması üçün həmişə dözmüşük və həmişə bir ümidlə yaşamışıq ki, bizə qarşı olan bu təzyiq və ayrı-seçkiliyə, nəhayət, bir gün son qoyulacaq. Daha doğrusu, bizlər sünnilərə belə təzyiqlər ediləcəyini gözləmirdik".

Necə deyərlər, şərhə ehtiyac yoxdur...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Əbdülmalik Rigi edam edildi

Bölmənin digər xəbərləri
 
Ermənilərin yeni vətən planları
Eynilə tarixən olduğu kimi...

Tehranda yeni-yeni ideyalar "doğulur"
Lakin mənasız cəhdlərdir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər