Hal-hazırda Ayna qəzetinin 23.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Ermənilərin yeni vətən planları
Ermənilərin yeni vətən planları
Eynilə tarixən olduğu kimi...
Şənbə, 23.07.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Dağlıq Qarabağda uzun müddət hakim dil olan erməni və rus dillərinin tədrisini indi ingilis dili əvəz etməkdədir. "Amerikalılar Artsax (Dağlıq Qarabağ) üçün" proyektinin tərkib hissəsi olaraq yeni təşəbbüslər rəsmiləşməkdədir. Proqramın rəhbərləri olan Amazasp Danielyan, Bentli Universitetinin (ABŞ) professoru Aspet Qoçikyan və Texas Universitetinin (ABŞ) professoru Robert Nalbandov bildiriblər:

"Artıq bölgə toplumunun müəyyən kəsimi ABŞ-da yaşamaq arzusundadır. Biz əhali üçün pulsuz ingilis dilini öyrənmə kursları açmışıq. Bununla yanaşı, bölgə toplumunun böyük hissəsi Rusiyada, xüsusilə Quzey Qafqazda yaşamaq fikrindədirlər".

Onlar tarixdə olduğu kimi, bu dəfə də başqa, yeni bir vətənə üz tuturlar...

Güney Rusiyada yeni erməni koloniyaları

Bu il iyulun 5-də Rusiyanın Rostov-Don şəhərində "Rusiya Erməniləri Birliyi" təşkilatının bütün Quzey Qafqaz regionlarını əhatə edən diaspor təşkilatlarının toplantısı keçirildi. Toplantıda "Quzey Qafqazda modernləşmə riskləri" və "Rusiya və Dağlıq Qarabağ erməniləri" problemlərinə toxunulmuşdur. Erməni alimləri "Quzey Qafqazda erməni diasporu: Sosioloji portret və problemlərin indentik durumu" mövzusundakı tədqiqatlarını toplantı iştirakçılarına təqdim etmişlər. Toplantıda Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutu, Moskva Dövlət Universitetinin "Mühafizəkar Tədqiqatlar Mərkəzi", Rusiya Güney Federal Dairəsi İxtisasartırma İnstitutu, Quzey Qafqaz Sosiologiya İnstitutu "Rusiya Ermənişünaslıq Mərkəzi"nin mütəxəssisləri son 20 ildə Quzey Qafqaz regionlarında ermənilərin miqrasiyası və məskunlaşma prosesini gündəmə gətiriblər.

Quzey Qafqaz regionlarında (Stavropol, Krasnodar, Rostov), eləcə də Volqoqrad, Həştərxan, Ulyanovsk, Samara vilayətləri) çağdaş dönəmdə erməni koloniyalarının təşəkkülü və inkişaf etdirilməsi layihəsinin rəhbəri Gerasim Mirzəyan bildirib:

"Son 10 ildə Dağlıq Qarabağ, Ermənistan və Gürcüstandan erməni əhalisinin Quzey Qafqaz regionlarında daimi məskunlaşması istəklərinə uyğun olaraq, bütün bunlar planlı şəkildə həyata keçirilməlidir. Bizim üçün ağır olsa da, etiraf etməliyik ki, ermənilərin əksəriyyəti Ermənistandan fərqli olaraq xaricdə yaşayırlar. Biz indi Quzey Qafqazda məskunlaşmaq istəyən bütün ermənilər üçün sosioloji anketlər də hazırlamışıq. Buraya 60 sual daxildir. Bizlər Quzey Qafqazda erməni əhalisinin yeni məskunlaşma istəklərini nəzərə alaraq bu işi planlı şəkildə həyata keçirməliyik. Onlar burada evlə və işlə təmin olunmaq məsələsində əlavə problemlərlə üz-üzə qalmamalıdır. Bu yöndə bütün diaspor qurumlarını da səfərbər etmişik. Xüsusilə erməni dilini, mədəniyyətini, adət və ənənələrini bilənlərə üstünlük veriləcəkdir.

REKLAM

Onlar regiondakı erməni kilsələri ilə daim sıx təmasda olmalıdırlar. Biz yeni erməni koloniyalarının əsasən kənd yerlərində yaradılmasının qayğısına qalacağıq. Çünki Quzey Qafqaz vilayətlərində son illərdə rus əhalisinin sayının sürətlə azalması nəticəsində yaranmış boşluğu doldurmaqla yanaşı, həm də torpaq sahələrinə malik olacağıq. Bu strateji hədəfdə eyni zamanda regionda ərzaq bolluğunun yaradılması üçün əlavə işçi qüvvəsi rolunda çıxış edəcəyik. Belə bir addım atmaqla, Rusiya dövlətinin də dərin etimadını qazana biləcəyik".

Rusiya və Dağlıq Qarabağ erməniləri

"Sistemli Araşdırmalar və Proqnozlaşdırmalar İnstitutu"nun direktoru Viktor Çernous "Rusiya və Dağlıq Qarabağ erməniləri" mövzusunda çıxış edərək bildirib ki, Rusiya və erməni alimlərinin apardıqları sosioloji araşdırmalara görə, Dağlıq Qarabağın erməni əhalisi sosial-mədəni həyat tərzinə görə öz gələcək talelərini Rusiyaya bağlamaq istəyir. Bu yöndə tədqiqatlar aparmış digər alim Anton Serikovun fikrincə, Dağlıq Qarabağ erməniləri üçün mədəni kommunikasiyalar üzrə sistemli şəkildə psixoloji testlər hazırlamışıq. Onlar Rusiya Güney Federal Dairəsinə məxsus regionlarda məskunlaşma müddətində psixoloji cəhətdən hər hansı bir problemlə üzləşməməlidir.

Vazgen Akopyanın tədqiqatlarında qeyd olunur ki, 1926-cı ildə Quzey Qafqazın Armavir, Vladiqafqaz və Maykop şəhərlərində Türkiyə, İran, Suriya, İraq, Misir, Yəmən, İordaniya və digər dövlətlərdən 170 min nəfər erməni qaçqın məskunlaşmışdılar. Bu tarixə qədər həmin regionlarda erməni əhalisinin sayı 25 min nəfər olmuşdur. İndi Quzey Qafqaz regionları boyunca erməni əhalisinin sayı rəsmi statistikaya görə 800 min nəfərdən çoxdur. Regionda sırf ermənilər yaşayan 2 şəhər və 22 kənd vardır. Maykop, Krasnodar, Novorossiysk, Yeisey, Armavir, Minvod, Yessentuki, Çernomorsk, Rostov, Maysk, Kuban, Qoryaçeklyuçevsk, Sadovoye, Çerniqovsk, Afanas-Postik, Sobaçka, Melkanov, Hunay, Şirinka, Qryaznı, Qoytxk, Postacı, Rostov, Aksay, Lazarev, Budyonnevsk, Krımsk, SultanSalsk, Nesvyataysk, Salsk, Çaltırsk, Pyatiqorsk, Soçi, Tuapse, Myasnikov, Novo-Naxiçevan, Apşeronsk, Proletarsk və digər şəhərlərdə erməni əhalisinin sayı sürətlə artmaqdadır. Belə ki, 1998-ci ildən başlayaraq, Dağlıq Qarabağ və Ermənistandan Quzey Qafqaza köçüb gələn ermənilər burada yaşamağa daha çox üstünlük verirlər.

"PanArmenian" internet resursunun araşdırmalarına görə, indi Dağlıq Qarabağda əhalinin durumu 1974-cü ildə Livanda yaşayan ermənilərin durumuna çox bənzəyir. Belə ki, həmin dönəmdə vətəndaş savaşının nəticəsi kimi ermənilərin çoxu Fransa, ABŞ, Kanada və digər dövlətlərə köç etməyə məcbur olmuşdular. İndi Livanda erməni koloniyalarında 100 min nəfər yaşayır.

Dağlıq Qarabağ və Ermənistanda isə ağır sosial-iqtisadi duruma görə bu ermənilər köçüb getməyi daha məqsədəuyğun hesab edirlər. Dağlıq Qarabağda yaşayan 150 minlik erməni əhalisinin 60-67 faizinin regiondan köçüb getməsi artıq danılmaz faktdır. 2010-cu ilin 12-16 oktyabr tarixində Xankəndində keçirilən "Ümumerməni Forumu"nda bölgədən erməni əhalisinin köç dalğasının qarşısının alınması barədə bir sıra problemlər gündəmə gətirilsə də, məsələnin həlli istiqamətində hər hansı ciddi addım atılmadı.

"PanArmenian"ın təhlillərində belə qeyd olunur: "Başda Xankəndi olmaqla bütün Dağlıq Qarabağ dotasiya ilə yaşadılan regiondur. Humanitar yardımların miqyası isə ildən-ilə azalmaqdadır. Xüsusilə erməni diasporunun 2008-ci il 19 fevralında Ermənistanda keçirilən prezident seçkilərində əhalinin gülləbaran edilməsindən sonra diaspor təşkilatları iki düşərgəyə bölünübdür. Məhz bundan sonra Dağlıq Qarabağ ermənilərinin miqrasiyası da artdı. Köç edənlər əsasən Quzey Qafqaza üz tuturlar".

Krasnodarda nəşr edilən "Erkramas" həftəlik icmal qəzetində baş redaktor Tiqran Tavadyanın özü də etiraf edir ki, Quzey Qafqaz regionlarında ermənilər üçün yaşamaq nə qədər xoşdursa, bir o qədər də yeni problemlərin yaranmasına səbəb olur. Belə ki, erməni əhalisnin yarıdan çoxu artıq öz ana dilini bilmir. Dağlıq Qarabağdan gəlmiş ermənilər rus dilini bilmədikləri üçün burada onlar erməni koloniyalarında milli dildə tədris proqramlarına cəlb edilir. Bunun üçün onlar kilsənin dəstəyilə yaxşı qazanc əldə edirlər. 275 min nəfər erməni artıq öz ana dilini unudub.



Erməni kilsələri arasında savaş və mühacir problemi

Son illər Ermənistan və Dağlıq Qarabağda ermənilər üçün xarakterik olmayan bir sıra xristian təriqətləri və məzhəbləri geniş yayılmaqdadır. Bu səbəbdən Eçmiədzin Apostol Kilsəsinin mövqeləri sarsılıbdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

İranda ermənilərin haqları təmin olunub

Tehranın tükənməz erməni sevgisi

Bölmənin digər xəbərləri
 
Tehranda yeni-yeni ideyalar "doğulur"
Lakin mənasız cəhdlərdir

Sünnilər və şiələr qardaşdırsa...
Bəluclar məzhəbi ayrı-seçkiliyə son qoyulmasını istəyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər