Hal-hazırda Ayna qəzetinin 23.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Əsas məqsəd NATO ilə bağlı ictimai məlumatlandırmadır
Əsas məqsəd NATO ilə bağlı ictimai məlumatlandırmadır
Layihə çərçivəsində Azərbaycanın alyansla əməkdaşlıq vəziyyəti araşdırılacaq
Şənbə, 23.07.2011

Cəsur Məmmədov mətn ölçüsü  

NATO İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə "Ayna" və "Zerkalo" qəzetlərində "Ordunun Aynası" ("Armeyskoye Zerkalo") əlavəsi yenidən işıq üzü görməyə başlayır. İyuldan başlamaqla layihənin bu ilin dekabrında başa çatması planlaşdırılır. Əvvəlcədən bu layihənin reallaşdırılmasında rolu olan hər bir kəsə, xüsusilə də NATO İctimai Diplomatiya Bölməsi əməkdaşlarına, öncə xanım Vicki Nielsenə, Corine Janssensə və Despina Afentouliyə xüsusi təşəkkürümüzü bildiririk.

Əsas hədəf: ictimai məlumatlandırma

Xatırladaq ki, bu layihə 2006-2009-cu illərdə eyni adla qəzetimizdə nəşr olunmuş və oxucuların böyük marağına səbəb olmuşdu. O zaman layihənin hədəfində Azərbaycanın NATO ilə əməkdaşlıq tarixini araşdırmaq, müdafiə və təhlükəsizlik sektorunda islahatları diqqətdə saxlamaq dururdu. Layihə çərçivəsində Azərbaycanın əksər güc strukturlarının rəhbərləri və təmsilçilərindən müsahibələr və açıqlamalar götürülmüş, oxuculara çoxsaylı təhlillər təqdim olunmuşdu. Bütün bunlar Azərbaycanın 2005-ci ilin mayında NATO ilə imzaladığı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından (İPAP) sonra daha vacib görünürdü. Bu və digər sənədlər çərçivəsində Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda çoxsaylı islahatlar həyata keçirməli və bu çərçivədə əsas məsələlərdən biri ictimai məlumatlandırmanın düzgün qurulması idi. "Ordunun Aynası" da məhz belə bir missiyanı izləyir, bunu zəruri hesab edirdi, layihə müdafiə və təhlükəsizlik sektorunda gedən proseslərə, Azərbaycanın NATO ilə əlaqələrinə ictimaiyyətin baxışlarını, rəylərini almaqda idi.

2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana müdaxiləsi ilə başa çatan münaqişə Cənubi Qafqaz ölkələrində müdafiə və təhlükəsizlik sektorunun durumunu diqqət mərkəzinə gətirdi. Azərbaycanın 2007-ci ilin mayında qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında əksini tapan bir çox müddəaların 2010-cu ilin iyununda qəbul olunan Hərbi Doktrinada əksini tapmaması çoxlarını düşündürürdü. Belə bir vəziyyətdə ictimai müzakirəyə çıxarılmış əsas məsələlərdən biri Azərbaycanın müdafiə və təhlükəsizlik strategiyasının, hərbi-siyasi prioritetlərinin nələri hədəf götürməsinə bağlı idi. 2011-ci ilin may ayının 25-də Azərbaycanın "Qoşulmama Hərəkatı"na üzv olmasından sonra, artıq qeyd edilən istiqamətdə ictimai-siyasi müzakirələrin davamlı olacağı bəllidir.

Bütün problemlərə, ara-sıra "ayrılmalar"a baxmayaraq, Azərbaycanın bu gün NATO ilə sıx əməkdaşlıq vəziyyətində olduğuna dair rəsmi bəyanatlar verilir. Ümumilikdə əməkdaşlığın mövcud vəziyyətinin tərəfləri qane etdiyi və bunun daha da irəliləməsinin zəruriliyinə dair rəsmi bəyanatların səsləndirilməsi davam edir. Nəzərə alınmalıdır ki, Azərbaycan hazırda NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsinin razılaşdırılması ərəfəsindədir. Bu sənədin də əvvəlki mərhələlərdə əksini tapan islahatların davam etdirilməsini hədəfləyəcəyi bildirilir.

Beləliklə, "Ordunun Aynası" 2006-2009-cu illərdə dərc olunmuş sələfinin əldə etdiyi nailiyyətlərə əsaslanaraq oxucuları Azərbaycan-NATO əməkdaşlığının vəziyyəti, müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlarla bağlı məlumatlandırmaqda davam edəcək.

REKLAM

Bu istiqamətdə oxucuların dəstəyinə, sual və təkliflərinə, onları maraqlandıran məsələlərin səslənməsinə də ehtiyacımız olacaq.

Nəzərə alınmalıdır ki, layihə rəsmən "Azərbaycan və NATO arasında İPAP sənədinin üçüncü mərhələsi çərçivəsində əməkdaşlığın irəliləməsi prosesinə ictimai dəstək" adlanır. Doğrudan da istənilən islahatın uğurla həyata keçirilməsi ona ictimai dəstəyin hansı səviyyədə olmasından çox asılıdır. İctimai dəstəyə nail olması üçünsə iki vacib addım var: ictimai təsisatlarla birgə işləmək və ictimai məlumatlandırmanı gücləndirmək. Layihənin hədəfi məhz ikinci istiqamətlə bağlıdır.

Əlavədə nələr əksini tapacaq?

Oxucular haqlı sual verə bilərlər. "Ordunun Aynası" layihəsində hansı məsələlər konkret olaraq diqqət mərkəzində saxlanacaq? Suala cavab olaraq bildiririk ki, layihə çərçivəsində Azərbaycanla NATO arasında 1994-cü ildən başlanmış sıx əməkdaşlıq prosesi diqqət mərkəzində olacaq, eyni zamanda tərəflər arasında əməkdaşlıq aspektində gerçəkləşdirilməkdə olan müxtəlif plan və proqramlarda əksini tapan islahatlar öyrənilib araşdırılacaq və bu barədə oxuculara daim məlumat veriləcək. Araşdırmalar göstərir ki, Azərbaycan cəmiyyətində əməkdaşlıq sənədlərinin bir çoxu - məsələn, PfP, IPAP, PARP, IPP, OCC, PAP-DIB, PAP-T kimi sənədlərin məzmunu və məqsədləri barəsində müfəssəl məlumatlar azdır. Bütün bunlar hökumətin müdafiə və təhlükəsizlik sektorunda islahatlara ictimai dəstəyin azlığına və ya ümumiyyətlə, heç olmamasına səbəb olur. O da nəzərə alınmalıdır ki, rəsmi Bakı bir sıra hallarda NATO ilə əməkdaşlıq sənədlərinin məzmunu ilə bağlı cəmiyyətə çox xəsisliklə informasiya verir. Belə olan halda sözsüz ki, xarici informasiya qaynaqlarına ehtiyac yaranır. Bu məsələ "Ordunun Aynası" üçün də vacib hesab olunur və layihə çərçivəsində xarici hərbi ekspertlərin, NATO rəsmilərinin, Qərbin aparıcı beyin mərkəzləri əməkdaşlarının Azərbaycanda və eyni zamanda Cənubi Qafqazda müdafiə və təhlükəsizlik sektorunun vəziyyətinə dair baxışları və fikirlərinin öyrənilməsinə çalışılacaq. Fikrimizcə, bu fikirlər Azərbaycan oxucusu üçün dəyərli olacaq.

Bu gün Azərbaycan kimi NATO ilə fəal tərəfdaşlıq edən ölkələrin rəsmən ortaya qoyduqları mövqelərdən biri də alyansdan daha artıq təhlükəsizlik təminatının istənilməsidir. Biz bununla bağlı Azərbaycan rəsmilərinin bəyanatını dəfələrlə eşitmişik. Görəsən, NATO tərəfdaş ölkələrə hansı səviyyədə, ölçüdə və həcmdə təhlükəsizlik təminatı verə bilər? Bu məsələ NATO-nun ötən ilin noyabrında Lissabonda qəbul etdiyi yeni Strateji Konsepsiyadan sonra daha vacib görünür. Tərəfdaşlarla aktiv əməkdaşlığa başlamaq istiqamətində alyansın hansı planları var? Bu planlara tərəfdaş ölkələrin, xüsusilə də Bakının mövqeyi nədən ibarətdir? Layihə çərçivəsində bu və digər suallara Azərbaycan və NATO rəsmilərinin, ekspertlərinin fikirləri öyrəniləcək.

Layihə çərçivəsində diqqət mərkəzində olacaq əsas mövzulardan biri alyansın tərəfdaş ölkələrdə Əlaqə Səfirliklərinin (Contact Point Embassy) fəaliyyəti ilə bağlıdır. Rumıniyanın Azərbaycandakı səfirliyi artıq ikinci ikiillik üzrə NATO-nun Azərbaycan üzrə CPE funksiyasını həyata keçirir. Ekspertlər Rumıniya səfirliyinin qeyd edilən fəaliyyətini təqdir edirlər. Doğrudan da ötən iki il yarımda Rumıniya səfirliyi CPE kimi onlarla konfransın, "dəyirmi masa"nın keçirilməsinə, Azərbaycanda ictimai fəalların NATO-nun Brüssel mənzil-qərargahına səfərini təşkil edib. Amma araşdırmalar göstərir ki, CPE səfirliklərinin fəaliyyətinin daha da güclənməsinə, onların səlahiyyətlərinin artırılmasına ehtiyac var. NATO-nun Lissabon sammitindən sonra bu istiqamətdə fikirlər və təkliflər daha intensiv səslənməyə başlayıb. Bu istiqamətdə nələr edilməlidir? Layihə çərçivəsində daim diqqət mərkəzində olacaq məsələlərdən biri də məhz bu suala aydınlıq gətirilməsi və CPE-lərin fəaliyyətinin işıqlandırılması ilə bağlı olacaq.

İndi isə layihə çərçivəsində görüləcək konkret işlərdən söz açaq. Layihədə əksini tapan hədəflərə nail olmaq üçün daimi olaraq Azərbaycan və Avropa rəsmilərindən və ekspertlərdən müsahibələr alınacaq, onların bu və digər məsələlərə baxışları öyrəniləcək. Xüsusilə də aşağıdakı istiqamətlər diqqətdə saxlanılacaq:

Silahlı Qüvvələrdə islahatlar. Bu mövzuda Müdafiə Nazirliyi rəsmiləri ilə müsahibələrin götürülməsi planlaşdırılır. Nəzərə alınmalıdır ki, İPAP-ın birinci və ikinci mərhələsində Silahlı Qüvvələrdə müəyyən islahatlar həyata keçirilib. Amma xeyli sayda problemlər də qalmaqdadır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Orduda itkilər artır

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

Orduda ruhani təsisatı ideyası?

Orduda 2 nəfər həlak oldu

Bölmənin digər xəbərləri
 
Azərbaycan - NATO əməkdaşlığı: 2011-ci ilin birinci yarısı
Azərbaycan hərbçiləri ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində 100-dən artıq tədbirdə iştirak ediblər

"NATO-nun Bakıda əlaqə ofisi yaradılmalıdır"
ATMİA prezidentinin fikrincə, ictimai rəydə alyansın nüfuzunun qaldırılması üçün bir sıra addımlar atılmalıdır

Orduda itkilər kəskin artır
İlin ilk 6 aylıq dövrünə dair hesabat açıqlandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər