Hal-hazırda Ayna qəzetinin 23.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
11 klubdan ibarət çempionat?
11 klubdan ibarət çempionat?
\"Kəpəz\" milli çempionatda oynamaqdan imtina edə bilər
Şənbə, 23.07.2011

İlham mətn ölçüsü  

Deyəsən, daha bir klub Azərbaycan Premyer Liqasında iştirakdan imtina edir. Bu, ölkənin ən titullu klublarından olan Gəncə "Kəpəz"idir. Komandanın növbəti mövsümə hazırlaşmasına və yoxlama görüşləri keçirməsinə baxmayaraq, Gəncə komandasının güclülər dəstəsində çıxış edəcəyi sual altındadır. Məsələ bundadır ki, komandanın sponsoru öhdəliyindən imtina edib və bu səbəbdən "Kəpəz"in Premyer Liqada çıxışı qaranlıq qalıb. Kluba yeni sponsor tapılmasa, "Kəpəz" elitada çıxış etməyəcək. Bu, növbəti mövsüm ərəfəsində artıq üçüncü belə haldır. Premyer Liqada oynamaqdan imtina edən ilk komanda "Abşeron" oldu. Ötən mövsümü birinci divizionun çempionu kimi bitirmiş bu komanda elitaya vəsiqə qazansa da, son anda sponsorlarla "dil tapa bilmədi" və nəticədə dağıldı. Əvəzində AFFA "Sumqayıt Şəhər" klubuna Premyer Liqada çıxış etmək hüququ verdi.

Bir neçə gün öncə isə "Muğan" növbəti mövsümdə Premyer Liqada çıxış etmək istəmədiyini rəsmi olaraq Peşəkar Futbol Liqasına (PFL) bildirdi. Belə olan halda PFL rəhbərliyi yenə birinci divizion klublarına müraciət ünvanladı ki, buna da ötən mövsümün nəticələrinə görə elitanı tərk etmiş və qaydalara əsasən, bu il birinci divizionda oynamalı olan "Simurq" müsbət cavab verdi. Lakin "Kəpəz" də Premyer Liqada oynamaqdan imtina edərsə, onu əvəzləyəcək klub da yoxdur. Çünki birinci divizionun yerdə qalan klublarının maliyyə imkanları elitada çıxış etmək üçün yetərli deyil. Bu üzdən də yeni mövsümdə 11 klubdan ibarət çempionatın keçirilməsi istisna olunmur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aktauda "Kəpəz" və ya "Sərdar"a aydınlıq gələ bilər

Torpağı əkib-becərməyənlərdən hesab soruşulacaq?

Kitabların və yazarların sərgiləndiyi gün

Serial təkcə Bakı teleməkanında çəkilmir

"Şou-biznes Lenini arzusuna çatdırıb"

Bölmənin digər xəbərləri
 
Avroliqaya uğursuz qayıdış
"Neftçi" Çempionlar Liqası ilə erkən vidalaşdı

Növbə "Brügge"nindir
"Banqa" və "Streymur"u yola salan "Qarabağ"ı çox çətin sınaq gözləyir

Avropanın ən yaxşı futbolçusunu jurnalistlər seçəcək


"Simurq" Sergey Yurana tapşırıldı


"Fənərbaxça" I liqaya, Əziz Yıldırım ömürlük həbsə göndərilir




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər