Hal-hazırda Ayna qəzetinin 23.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Millət vəkili Musa Quliyev: "Nəticə ilə deyil, səbəblə mübarizə aparmalıyıq"
Millət vəkili Musa Quliyev: "Nəticə ilə deyil, səbəblə mübarizə aparmalıyıq"
Nikah yaşının qaldırılmasının erkən nikahların qarşısını alacağına inam azdır
Şənbə, 23.07.2011

A.Əhmədova mətn ölçüsü  

Böyüməkdə olan nəslin tərbiyəsində qadının rolu daha böyükdür. Bu gün müasir ailələr doğumun azalması, ailələrin stabil olmaması, boşanmaların artması, doğumdan imtinanın mövcud olması, ailəsiz uşaqların sayının durmadan artması və s. kimi problemlərin fonunda bir növ böhran yaşayır. Odur ki, mütəxəssislər bildirirlər ki, ailənin ilk növbədə, psixoloji sağlamlığı yerində olmalıdır. Psixoloji sağlamlıq dedikdə, ailənin bütün üzvlərinə mənəvi-psixoloji tələbatının ödənilməsi, onların həyatdakı şəraitə uyğun fəaliyyətinin qurulmasının təmin edilməsidir.

Ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, "başqaları üçün" yaşamağı öyrənir. O, eyni zamanda, nəsillər arasında mehriban münasibətlərin ictimai müvazinətini, daşıyıcıları yaşlılar və gənclər olan ənənələrlə novatorluq arasında tarazlığı qoruyub saxlayır. Ailə cəmiyyətin və dövlətin təməlidir. Amma hazırkı dövrdə klassik ailə modelinin modernləşdiyini, ənənəvi dəyərlərdən uzaqlaşdığını müşahidə edirik. Müasir ailələrin qlobal miqyasda gedən bu tendensiyanın təsirinə məruz qalması və aşınması, əlbəttə, bir sıra səbəblərlə əlaqəlidir.

Kəndlərdə erkən nikah quranların sayı daha çoxdur

Mütəxəssislər onu da bildirirlər ki, erkən nikahlar da müasir ailələrin möhkəmliyinə təsir göstərir. Bu problem çox aktual olduğundan Dövlət Statistika Komitəsi qızların erkən nikaha daxil olması ilə bağlı statistik müayinə keçirib. Qurumun məlumatında qızların erkən nikaha daxil olması ilə yanaşı, həm də rəsmi nikahdankənar doğum hallarının öyrənilməsinə dair statistik müayinənin nəticələri də yer alıb. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdankənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğuda iştirak edən qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olmuşlar.

Qeyd olunur ki, erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir.

REKLAM

18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olmuşlar. Səbəblər üzrə erkən nikaha daxilolma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil edib.

Erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malikdirlər. Evlənən zaman belə qadınların ərlərinin 3 faizinin yaşı 18-19, 69 faizinin 20-24, 26 faizinin 25-29 və 2 faizinin yaşı 30-dan yuxarıdır. Eyni zamanda onların 22 faizinin ali və orta ixtisas, 68 faizinin ilk peşə-ixtisas və tam orta, 10 faizinin ümumi orta təhsilli olduğu aşkar olub. Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı, nəqliyyat işçisi, fəhlə, analarının - evdar qadın və kənd təsərrüfatı işçisi, ərləri isə - kənd təsərrüfatı, ticarət, nəqliyyat və tikinti sahələrində məşğul olub, eləcə də fəhlə, fermer və işsizdirlər.

Bildirilir ki, müayinə zamanı rəyi soruşulan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunub ki, onların 41 faizinin müvafiq sənədləri qaydasında olmadığından, üçdə birinin vaxtı ilə yaşı nikah yaşına çatmadığından, 26 faizinin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıblar. Kənd yerlərində yaşı nikah yaşına çatmayanların sayı daha çoxdur. Müayinənin nəticələrinə əsasən, rəyi soruşulan qadınların 90 faizinin uşaqları olub və onların 97 faizi stasionar, 3 faizi isə ev şəraitində dünyaya gəlib. Ev şəraitində doğan qadınların 54 faizi bunun səbəbini maddi çətinlik, 28 faizi isə doğum evinin uzaqda yerləşməsi ilə izah edirlər.

18 yaşa çatmayan və nikahda olan qadınların yarısından bir qədər çoxu ilk peşə-ixtisas və ya tam orta, 45 faizi isə ümumi orta təhsillidir. İbtidai təhsili olan 2 faiz qadının üçdə biri təhsilini davam etdirmək niyyətində olmayıb. Bununla belə, müayinə ilə əhatə olunan bütün qadınların 47 faizi, eləcə də 18 yaşadək qadınların 39 faizi hesab edir ki, qadınların mütləq ali və ya orta ixtisas təhsili olmalıdır.

Müayinənin məlumatlarına əsasən, qadınların 89 faizi hesab edir ki, qızların qaçırılma halları öz razılığı ilə baş verir, 11 faizi isə zorakılıq yolu ilə həyata keçirilir. Sorğuya cəlb edilənlərin 46 faizi qızqaçırma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39 faizi qızın ailəsində maddi çətinliklərdə, 15 faizi qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı olmasında görürlər.

Rəyi soruşulan respondentlərin yarısı hesab edir ki, qızlar ərə 20-24 yaşlarında getməlidir, 41 faizi - 18-19 yaşında, 6 faizi - 18 yaşa qədər. Qadınların 67 faizi hesab edir ki, ailədə nikah haqqında qərarı nikaha daxil olanların özləri qəbul etməli, 30 faizinin fikrincə isə qızların ərə getmə məsələsini valideynlər həll etməlidir. Qadınların 68 faizinin, o cümlədən 18 yaşa qədər olanların 56 faizinin erkən nikahın qadınların sağlamlığına ziyanı olmasından xəbərləri vardır.

Zorla erkən nikah bağlanması problemi ilə üzləşəndə qadınların hara müraciət etməli - barədə sualına cavabında onların üçdə iki hissəsi hüquq-mühafizə orqanlarını, 18 faizi qohumlarını, 14 faizi bələdiyyə və icra hakimiyyətlərini göstəriblər.

Erkən yaşda nikaha girənlər təhsildən uzaqlaşır

Onu da qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qızların nikah yaşının 18-ə qaldırılması ilə bağlı Milli Məclisə təkliflər hazırlayır. Bəzi millət vəkilləri, müxtəlif qadın hərəkatının nümayəndələri qanunun dəyişməsinin tərəfdarıdır. Belə ki, nikah yaşının qaldırılması təklif edilir. Buna səbəb də Dövlət Statistika Komitəsi ölkədə erkən nikahlarla bağlı yuxarıdakı məlumatıdır.

MM Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə Ailə Məcəlləsində nikah yaşının qaldırılmasının əleyhinədir. O bizimlə söhbətində bildirdi ki, məclisdə belə təklif irəli sürülərsə, onun əleyhinə çıxış edəcəyini dilə gətirdi. Baxmayaraq ki, müsahibim də əksəriyyət kimi, qızların erkən yaşda ərə gedərək təhsildən yayınması fikri ilə tamamilə razıdır. Amma onun fikrincə, ilk növbədə bunu törədən səbəbləri aradan qaldırmalıyıq. Çünki nəticə ilə mübarizə apararaq nikah yaşını qaldırsaq, dərhal qeyri-rəsmi nikahların sayı artacaq.

Hazırkı qanunvericilik 17 və istisna hallarda 16 yaşda nikaha icazə verir. Bununla belə, bu yaşda da qeyri-rəsmi nikahların, erkən nikahların sayı artır. M.Quliyev deyir: "Nikah yaşını 18-ə qaldırsaq nə olacaq? Deməli, özümüz bilərəkdən qeyri-rəsmi nikahların artmasına rəvac vermiş olacağıq".

Millət vəkili erkən nikahların səbəblərini axtarmağı və aradan qaldırmağı daha önəmli sayır. Onun fikrincə, erkən nikahlar sosial, ənənə və mədəni fərqlilik səbəblərindən ortaya çıxır. Təbii ki, buraya təhsil almaq, peşə qazanmaq kimi hallarda yaranan problemlər də daxildir. Əksər bölgələrdə bu məsələdə sosial və ənənəvi səbəblər daha çox üstünlük təşkil edir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

"Sosial dövlət statusumuz bir az da möhkəmlənəcək"

Əmanətləri qaytarmaq olar

İİV daşıyıcılarına münasibət dəyişib

Erkən nikahlar: açıqlanan rəqəmlər nə deyir?

Ailə həkimliyi: bu sistemə keçid vacib sayılır

Bölmənin digər xəbərləri
 
Azərbaycanda əhali hələ ki artmaqdadır
Ancaq ekspert deyir ki, bütün ölkələr demoqrafik keçid prosesini keçməyə məhkumdur

Yeni məktəb binaları başdansovdu tikilib
Zəlzələ təcrübəsində bunun çox ağır fəsadları ola bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər