Hal-hazırda Ayna qəzetinin 23.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 23.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Azərbaycanda əhali hələ ki artmaqdadır
Azərbaycanda əhali hələ ki artmaqdadır
Ancaq ekspert deyir ki, bütün ölkələr demoqrafik keçid prosesini keçməyə məhkumdur
Şənbə, 23.07.2011

Aynurə mətn ölçüsü  

Demoqrafik problemlər bütün dünyanı narahat edir. Təsadüfi deyil ki, demoqrafiya elmi hazırda Avropa ölkələrində, Amerikada, xüsusilə Fransa, İngiltərə və Almaniyada geniş tədqiq edilir. Demoqrafiya əhalinin təkrar istehsalının qanunauyğunluqları haqqında elmdir. İnsan cəmiyyətinin demoqrafik inkişaf tarixinə nəzər saldıqda görürük ki, min illərlə Yer kürəsində əhali artmayıb. Təbii ehtiyatlar həddən ziyadə çox olub, insanların ətraf mühitə təsiri hiss edilməyib. Ona görə də bu elmin yaranmasına ehtiyac olmayıb. Demoqrafiya elmi digər ictimai elmlərdən fərqli olaraq nisbətən cavan bir elmdir.

İlk dəfə XVII əsrin sonu, XVIII əsrin əvvəlində inkişaf etməyə başlayıb. XIX əsrin sonuna qədər hesab edilirdi ki, dünyada insanlar bioloji qanunlarla artır. Yəni doğum, ölümün təsiri altında demoqrafik inkişaf gedir. Sözsüz, hazırda alimlər bu sahədəki problemlərə elmi cəhətdən yanaşırlar. Bu və müasir dövrün digər demoqrafik problemləri haqda AYNAya AMEA Kibernetika İnstitutunun böyük elmi işçisi, iqtisad elmləri sahəsində fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın eksperti və bir çox dövlət proqramlarının hazırlanmasında iştirak etmiş İmran Qarayev söhbət açdı.

- Müasir dövrdə demoqrafiya məsələləri çox aktuallaşıb. Ümumiyyətlə, əhalinin təkrar istehsalı 3 formada baş verə bilər. Birincisi geniş təkrar istehsaldır ki, bu mərhələdə əhalinin sayı artır, doğumla ölüm arasında nisbət doğumun xeyrinədir. İkincisi sadə təkrar istehsaldır. Yəni doğum səviyyəsi ilə ölüm səviyyəsi bərabərdir.

REKLAM

Yeni insanlar doğulsa da, əhalinin sayı artmır. Üçüncüsü təbii azalma prosesidir. Doğulan insanların sayı ölənlərdən azdır. Bu halda Yer kürəsində insanların sayı azalmağa doğru gedir.

Hazırda Avropada və iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə əhalinin təbii azalma prosesi getməkdədir. Əhalinin təbii azalma prosesi Almaniya, İtaliya, Ukrayna və Rusiyada daha sürətlə baş verir. Bu isə 50-100 ildən sonra həmin ölkələrin etnik tərkiblərində ciddi dəyişikliklərə səbəb olacaqdır. Məsələn, Almaniyada əhalinin etnik tərkibində almanların payı azalacaqdır. Rusların və ukraynalıların da sayı azalır. Rusiya kimi böyük ölkədə təbii artım səviyyəsi aşağıdır. Bu ölkələrin demoqrafik inkişafı miqrasiya proseslərinin intensivliyindən asılı olacaqdır. Müasir dövrdə demoqrafik proseslərin əsas xüsusiyyəti onun ziddiyyətli xarakter daşıması ilə səciyyəvidir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr əhalinin sayının azalmasından narahatdırsa, zəif inkişaf etmiş ölkələri əhalinin sürətlə artması narahat edir.

Şimalda, iqtisadi cəhətdən güclü inkişaf etmiş və yüksək həyat səviyyəsi standartlarına malik ölkələrdə əhalinin təbii azalması, cənubda iqtisadi cəhətdən kasıb ölkələrdə isə əhalinin sürətli təbii artım prosesi müşahidə edilir. Əhali dünyada artır, amma kasıb ölkələrin hesabına. Əfqanıstan, Banqladeş, Hindistan, İndoneziya, Pakistan, Nigeriya və digər ölkələr buna misaldır.

Demoqrafik inkişaf səviyyəsindəki qeyri-normal fərqlər iqtisadi cəhətdən inkişaf etmiş ölkələr üçün müxtəlif sosial-iqtisadi təhlükələr meydana çıxarır. Bu isə öz növbəsində dünya ölkələrini məcbur edir ki, demoqrafiya məsələləri ilə ciddi məşğul olsunlar.

Qeyd etmək lazımdır ki, insan cəmiyyətinin demoqrafik inkişaf tarixində XX əsr unikal dövr olub. Bu əsr ərzində Yer kürəsinin əhalisi 4 dəfədən çox artıb. Məhz bu əsrdə demoqrafik partlayış baş vermişdir. Onun təsiri indi də hiss edilməkdədir. İnsan cəmiyyətinin inkişafına on min illərlə zaman tələb edilmişdir ki, Yer kürəsində 1 milyard insan yaşasın. İlk bir milyard əhali Yer kürəsində 1804-cü ildə qeydə alınıb. İkinci milyard əhalinin meydana gəlməsinə 100 ildən bir qədər çox vaxt tələb olunmuşdur. 1927-ci ildə 2 milyard, 1960-cı ildə 3 milyard, 1974-cü ildə 4 milyard, 1987-ci ildə 5 milyard, 1999-cu ildə 6 milyard əhali qeydə alınıb. Belə bir demoqrafik partlayış heç vaxt olmamış və gələcəkdə də müşahidə edilməyəcəkdir. Son məlumatlara görə, 2010-cu ildə dünyada əhalinin orta illik sayı 6,89 milyard olub. Hazırda dünyada əhali hər 12-13 ildən bir 1 milyard artır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Millət vəkili Musa Quliyev: "Nəticə ilə deyil, səbəblə mübarizə aparmalıyıq"
Nikah yaşının qaldırılmasının erkən nikahların qarşısını alacağına inam azdır

Yeni məktəb binaları başdansovdu tikilib
Zəlzələ təcrübəsində bunun çox ağır fəsadları ola bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər