Hal-hazırda Ayna qəzetinin 16.07.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.07.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Prokurorluq məktəb tikənlərlə maraqlanır
Bu mühüm işdə qanun pozuntularına yol verilib
Şənbə, 16.07.2011

Səid mətn ölçüsü  

Baş Prokurorluq məktəblərin tikintisi zamanı yol verilən qanun pozuntuları ilə əlaqədar araşdırmalara başlayıb. Bu barədə APA-ya Baş Prokurorluq mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin təhsil sahəsinin inkişaf etdirilməsi, müasir tələblərə cavab verən orta ümumtəhsil məktəblərinin inşası, habelə köhnə məktəblərin müasir standartlara uyğun şəkildə təmir edilməsi istiqamətində verdiyi göstərişlərin icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib.

Son dövrdə Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına yeni orta məktəblər tikilib, köhnə məktəb binaları əsaslı təmir olunub. Lakin təəssüf ki, bir sıra hallarda məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə hallarına yol verilməsi, standartlara uyğun olmayan və mövcud normaların tələbləri pozulmaqla tikinti işlərinin aparılması hallarına rast gəlinir. Dövlət başçısı İlham Əliyevin göstərişi əsasında bu faktlar üzrə Respublika Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Maliyyə Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə başlanılmış araşdırma zamanı Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib.

Sultanov qeyd edib ki, hazırda araşdırma davam etdirilir, qısa müddətdə yekunlaşdırılaraq, müvafiq tədbirlər görüləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Baş Prokurorluqda əməliyyat müşavirəsi

Baş Prokurorluqda müşavirə

Korrupsiyaya qarşı savaş ciddiləşir?

Baş Prokurorluq vakant ştatlara sənəd qəbul edir

Seymur Həziyevin döyülməsi ilə bağlı iş açılıb

Bölmənin digər xəbərləri
 
Ermənistandan oyuncaq-bomba "sovqatı"
Bu dəfə 13 yaşlı qızcığaz həyatını itirdi

Bu il rüşvət halları daha çox olub
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 6 ayın statistikasını açıqladı

Korrupsiyadan prezidentə şikayət edən zabit qisas alırmış?
MN korrupsiya qalmaqalına reaksiya verdi

Üç adda plombir dondurma orqanizm üçün təhlükəlidir
Bunlar "Zontik", "Malenkoye Çudo" və "Tortinka"dır

Prokurorluqdan şikayətə iyulun 18-də baxılacaq
Bir gün sonra Harvard Universiteti məzunu cəzaçəkmə yerinə göndəriləcək

7 hərbçinin ölümü ilə bağlı istintaq yekunlaşıb İş məhkəməyə göndərilib


Naxçıvanda yenə də jurnalistlər döyülüb
İlqar Nəsibov həbs edilib, Elman Abbasov və Həkimeldostu Mehdiyev isə ciddi xəsarət alıblar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər